Icma.az
close
up
RU
Soğan yalnız bakteriyaları məhv etmir, həm də arıqladır

Soğan yalnız bakteriyaları məhv etmir, həm də arıqladır

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Soğan həm çiy, həm də bişmiş halda faydalıdır. Soğan yeməklərin dadını artırmaqla yanaşı, orqanizmdə iltihabla mübarizə aparmağa və immun sistemi dəstəkləməyə kömək edən antioksidantlar və bitki mənşəli birləşmələrlə zəngindir.

Lent.az soğanın faydalarını təqdim edir:

Soğanın insan orqanizmi üçün 8 əsas faydası var:
Bakteriyaları məhv edir

Soğan eyni anda 3 növ bakteriyanı məhv edə bilir:

Escherichia coli (E. coli);

Staphylococcus aureus (S. aureus);

Bacillus cereus.

Tədqiqatların nəticələri göstərir ki, soğanda olan flavonoidlərdən biri — kversetin — bir çox bakteriya növlərinin böyüməsini dayandıra bilir.

İltihabla mübarizəyə kömək edir

Soğan sərbəst radikallarla mübarizə aparan flavonoidlərin, xüsusən də kversetinin zəngin mənbəyidir. İnsanlarla aparılan bir neçə araşdırma kversetin səviyyəsi ilə immunmodulyasiyaedici təsirlər arasında əlaqəni təsdiqləyib. 2016-cı il araşdırması kversetin qəbulunun artırılmasının faydalı olduğunu göstərib.

Antioksidant xüsusiyyətlərə malikdir

Sarımsaq, pırasa və şalot kimi digər Allium tərəvəzləri ilə yanaşı, soğanda:

flavonoidlər,

qlutatyon,

selen birləşmələri,

E və C vitaminləri var.

Bütün bu komponentlər soğanın güclü antioksidant təsir göstərməsinə kömək edir. Qanda şəkərin səviyyəsinə nəzarət etməyə kömək edir

Heyvanlar üzərində aparılan tədqiqatlar göstərib ki, Allium cepa soğan ekstraktı yüksək qlükoza (şəkər) səviyyəsini əhəmiyyətli dərəcədə azaldır. Soğan ekstraktı şəkərli diabet dərmanı olan metforminlə birlikdə qəbul edildikdə, dozasından asılı olaraq, acqarına qanda şəkəri 35–50 faiz azaltmaq mümkündür. Bu, xüsusilə də soğanın ucuz və təhlükəsiz məhsul olduğunu nəzərə alsaq, çox ümidvericidir.

Sümükləri möhkəmləndirir

Araşdırmalar göstərib ki, soğanda olan GPCS peptidi sümüklərin dağılmasının qarşısını alır, sümük kütləsinin itirilməsini azaldır və qırılma riskini aşağı salır.

Həzm sistemi üçün faydalıdır

Soğan bağırsaq selikli qişasını qoruyan ən yaxşı prebiotik qidalardan biridir. Tərkibindəki inulin adlı prebiotik maddə faydalı bağırsaq bakteriyalarının artmasını stimullaşdırır.

Çoxlu faydalı maddələrə malikdir

Soğan sağlam qidalanmaya töhfə verən yüksək qida dəyərinə malikdir. Yarım stəkan çiy soğanda cəmi:

30 kalori,

0 qram yağ,

7 qram karbohidrat,

1 qram protein,

həmçinin dəmir, kalium, kalsium, C və B6 vitaminləri, fol turşusu, sink və selen var.

Çəkiyə nəzarətə kömək edir

Artıq çəki çoxlu doymuş yağ istehlakı nəticəsində yaranan metabolik və iltihabi dəyişikliklərlə əlaqəlidir. Rasiona soğan əlavə etmək bədən çəkisini, bədəndəki piy miqdarını və qanda triqliserid səviyyəsini əhəmiyyətli dərəcədə azalda bilər.

Soğanın qəbulu ilə bağlı məsləhətlər

Soğan həm çiy, həm də bişmiş halda faydalıdır. Lakin bişirmə zamanı soğanın antimikrob, göbələk əleyhinə və antibiotik təsirinə cavabdeh olan tiosülfinatların miqdarı azalır. Eyni zamanda, tədqiqatlar göstərir ki, soğanı bişirməzdən əvvəl doğramaq onun bir çox faydalı xüsusiyyətlərini qorumağa kömək edir.
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://lent.az
archiveBu xəbər 02 Dekabr 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri