Icma.az
close
up
RU
“Söhbət təkcə regiondan yox, dünyadan gedir”

“Söhbət təkcə regiondan yox, dünyadan gedir”

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

Yaxın Şərqdə baş verən proseslər təkcə regional deyil, qlobal güc balansına təsir edəcək səviyyədədir. İran kimi böyük bir dövlətə qarşı hərbi və siyasi təzyiqlərin artması dünya enerji bazarından tutmuş beynəlxalq siyasi münasibətlərə qədər bir çox istiqamətdə ciddi dəyişikliklər yarada bilər.

Bunu politoloq Vaqif Hüseyn “Xalqcebhesi.az”a açıqlaması zamanı deyib.

Politoloqun sözlərinə görə, İran ətrafında baş verənlər Yaxın Şərqin gələcəyindən daha çox, qlobal güclər arasında yeni balansın formalaşması ilə bağlıdır:

“Fakt budur ki, Yaxın Şərqin ən böyük dövlətlərindən birinə qarşı ciddi təzyiq siyasəti həyata keçirilir. İranın zəiflədilməsi və ya nəzarət altına alınması təkcə regionun deyil, bütün dünyanın siyasi və iqtisadi balansını dəyişə bilər. Bu, enerji resurslarının müəyyən güclərin nəzarətinə keçməsi deməkdir”.

Vaqif Hüseyn bildirib ki, bu prosesin nəticələri Çin, Rusiya və Türkiyə kimi böyük regional və qlobal aktorların maraqlarına da birbaşa təsir göstərəcək:

“İranın geosiyasi mövqeyi və enerji potensialı nəzərə alınanda burada baş verən hər hadisə avtomatik olaraq Çin, Rusiya və Türkiyə üçün də strateji nəticələr yaradır. ABŞ-ın bölgədə atdığı addımlara qarşı müqavimətin əsas səbəblərindən biri də məhz budur”.

Politoloq hesab edir ki, prosesin necə yekunlaşacağını indidən proqnozlaşdırmaq çətindir:

“Əgər ABŞ bölgədə tam dominant mövqe əldə edərsə, bu, Avropanın enerji baxımından daha çox Vaşinqtondan asılı vəziyyətə düşməsinə səbəb ola bilər. Yəni söhbət yalnız Yaxın Şərqdən getmir, bu, bütün dünyadakı güc balansını dəyişdirə biləcək bir prosesdir”.

Günel Elxan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 08 May 2026 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri