Icma.az
close
up
RU
“Söhbət Mehriban Ələkbərzadənin idarəçilik siyasətindən gedir”

“Söhbət Mehriban Ələkbərzadənin idarəçilik siyasətindən gedir”

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Əməkdar artist Mehriban Xanlarova bir neçə gün öncə verdiyi müsahibədə Milli Dram Teatrındakı tamaşalara başqa teatrlardan aktrisa gətirilməsinə narazılığını bildirib. Sənətçi teatrın bədii rəhbəri Mehriban Ələkbərzadənin bu addımının onu incitdiyini dilə gətirib. 

Aktrisanın bu etirazı ilə bağlı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı açıqlama yayıb.

Teatrın mətbuat katibi Cavid Zeynallı bildirib ki, yaranan narazılığa səbəb aktrisa Günəş Tekinin teatra dəvəti olub: “Martın 5-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı Elçinin “Baş” romanı əsasında hazırlanan tamaşanın məşqlərinə başlanılıb. Tamaşanın quruluşçu rejissoru - Akademik Milli Dram Teatrının Bədii rəhbəri Mehriban Ələkbərzadə Ağabəyim ağa rolu üçün gənc və istedadlı aktrisa Günəş Tekini dəvət edib. 

Tamaşanın hazırlanması ilə bağlı əmr kollektivə elan olunandan sonra əməkdar artist Mehriban Xanlarova müsahibəsində bu faktla bağlı etirazını bildirib. Daha sonra teatrın digər aktyorları - Xalq artisti Əli Nur və əməkdar artist Münəvvər Əliyeva sosial şəbəkə hesablarında və saytlarda öz etirazlarını bidiriblər”. 

Açıqlamada o da qeyd edilib ki, Günəş Tekin dəvətli aktrisa hesab olunmur, o, artıq Akademik Milli Dram Teatrının əməkdaşıdır. Vurğulanıb ki, teatr adıçəkilən aktyorların etirazlarını onların söz haqqı kimi normal qarşılayır, buna hörmətlə yanaşır: “Amma təəssüf ki, hansı tərəfdən baxsaq, bu, yaşlı nəslin gənc nəslə olan haqsız və yanlış qısqanclığıdır. Amma arzu edərdik ki, bu etirazı və qısqanclığı doğru olmayan üslubda və leksikonda konkret şəxsə - teatrın Bədii rəhbəri Mehriban Ələkbərzadəyə yönəltməkdənsə, teatrımızın müxtəlif istiqamətlərdə qazandığı uğurlara dəstək verib, təbliğ edib onlayn və sosial medianın gündəmini məhz bu işlərlə məşğul etsinlər”.

Bu məlumatdan sonra Əməkdar artist Mehriban Xanlarova “Qafqazinfo”ya açıqlama verib. Aktrisa açıqlamanı tamamilə yanlış hesab edir: “Reallığı əks etdirmir. Kollektivimizin Mehriban Ələkbərzadə ilə bağlı narazılıqlarını və şikayətlərini Cavid Zeynallı diqqəti yayındırmaq məqsədilə “gənc nəsil – köhnə nəsil” qarşıdurması kimi təqdim edərək teatrın daxilindəki real problemləri ört-basdır etməyə çalışır. Halbuki burada söhbət nəsillərarası mübahisədən deyil, Mehriban Ələkbərzadənin teatrdakı fəaliyyəti və idarəçilik siyasətindən gedir. Cavid Zeynallı, unutma, vəzifələr müvəqqətidir, sənətkarlar isə əbədidir!

Xalq şairimiz qabilin çox gözəl bir sözü var: “Müsibət oluruq biz, səhv düşəndə yerimiz”. 

Qeyd edək ki, Əməkdar artist Mehriban Xanlarova Kulis.az-a müsahibəsində teatrla bağlı danışarkən bunları demişdi: “Mənim hazırda teatrla, Mehriban Ələkbərzadə ilə bağlı heç bir problemim yoxdur. Onun mənə hörməti var, mənim də ona. Ancaq məni incidən bir məsələ var. Mən 1998-ci ildən bu teatrda işləyirəm. Mənə yer eləyən kənar teatrlardan aktrisa dəvət olunmağıdır. Bizdə hər yaşdan kifayət qədər peşəkar aktrisa var. Niyə kənardan kimsə çağırılmalıdır? İsrafil İsrafilovun vaxtında kənardan heç kim çağırılmırdı. İndi niyə çağırırlar? Şəxsən mən heç kimdən əskik aktrisa deyiləm. Bu, haqsızlıqdır”. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Mart 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see255

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see192

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see150

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see140

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see139

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see132

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see128

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see127

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see126

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see126

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see126

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see125

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see125

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see124

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see120

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri