Icma.az
close
up
RU
ŞOK: 81 manatlıq bilet 231 manata... ADY camaatı aldadır?

ŞOK: 81 manatlıq bilet 231 manata... ADY camaatı aldadır?

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


ADY-nin Bakı-Tiflis reysi üzrə bilet qiymətlərinin 81 manatdan başlaması narazılıq doğurub, bir müddət müzakirələrə yol açsa da, sonra sakitləşdi. Görünür, qurumun da gözlədiyi nəticə bu idi. Həmin anda yaranmış söz—söhbətlərə bir az su tökmək üçün “daha ucuz variantların düşünüləcəyinə” dair rəsmi açıqlama da gəldi. Elə mən də “üsyan”ımı yatırıb, mövcud qiymət mexanizmini qəbullanaraq, 1 ay sonrası üçün biletləri izləməyə başladım. Ancaq, nə hikmətdirsə hər açılan reysdə yalnız lüks sinfi qalmış olurdu. 81-110 AZN arası komfort sinfi olan 4 nəfərlik kupelərdə isə biletlər mövcud deyil. Bu, məndə bir az müəmma, şübhə yaratsa da, yenə izləmələrimə davam etdim. Ta ki bu günə - qarşıma Feysbukda çıxan Rəsul Mamedov adlı müəllifin statusunu oxuyana kimi.

Qısası, müəllif bildirir ki, satışın ilk günü komfort sinfi üçün bilet qiymətləri 104,26 manatdan başlasa da, həmin vaxt yalnız 231,29 manat təşkil edən lüks sinfində yerlər qalmışdı. Bu istiqamət üzrə aviareysin qiyməti isə təxminən 340 manat olub. Lüks sinifdə isə ayrıca kupe, televizor, şəxsi sanitar qovşağı, duş, yaxşı qidalanma və digər üstünlükləri də nəzərə aldıqda bu imkandan niyə də istifadə olunmasın?! Ancaq Tiflis vağzalı perronunda sərnişin gözləmədiyi vəziyyətlə üzləşib:

“Lüks sinifdə səyahət etməyimə baxmayaraq, 6 kq çəkisi olan kiçik çantama görə əlavə 50 manat ödəməliyəm. Məlum oldu ki, ADY qaydalarına əsasən yalnız bir çantanı pulsuz aparmaq olar, ikinci çanta üçün isə 50 manat ödənilməlidir. Yanımda duran bir gənc baqajsız səyahət etdiyini və çantamı öz adına rəsmiləşdirə biləcəyini söylədi. Lakin bələdçi xanım buna o qədər sərt reaksiya verdi ki, bütün izahlar və xahişlər nəticəsiz qaldı. İşləməyən internet, kupedəki istilik və işləməyən televizor barədə də çox şey danışa bilərəm. Amma bunun nə mənası var?”

Bir sözlə aviareys ilə 1 saata gəlinməli olduğu yolu sərnişin yemək, baqaj daxil, heç bir üstünlüksüz 9 saata gəlməli olur.

Yüklə bağlı radikal tələbi, absurd yanaşmanı bir kənara qoyub, gələk, qiymət oyunundakı müəmmaya və statusda da bəhs edilən lüks sinfi üçün ağız dolusu danışılan lüks şəraitin olmamasının təxmin etdiyim səbəblərinə... Niyə ancaq lüks yerlər mövcuddur və həmin lüks sinifdə televizor, şəxsi sanitar qovşağı, duş, yaxşı qidalanma və digər üstünlüklər yoxdur? ADY-nin “Tiflisə bu qatarla səyahət edəcəksiniz” deyərək, təqdim etdiyi fotolara diqqətlə baxın. 4 nəfərlik komfort sinfindəki yuxarı 2 çarpayını bağlayıb, onu rahatlıqla 2 nəfərlik “lüks” sinfinə çevirmək mümkündür. Amma komfortda duş-kabin, qidalanma nəzərdə tutulmadığı üçün “lüks” adı ilə komfort sinfinə yer alan sərnişin yalnız ADY-nin yeni qatarlarının “pulunu çıxarmağa” xidmət edir. Daha da aydın izah edim, “lüks” sinfinə bilet aldığını düşünən sərnişin əslində komforta alaraq büdcədə ikiqat uduzur. Əgər belədirsə, qurum səriştəsiz idarəetməsi bir yana, dəmiryolunun açılmasını gözləyən azbüdcəli vətəndaşlara kələk gələrək, sərnişinlə “məzələnib” həm vaxtını, həm pulunu, həm də hüzurunu alır. Komfort sinfinə bilet satışının heç cür olmamasının başqa səbəbi varsa, buyurun, açıqlayın: Camaatın cibinə niyə girib, aşağı keyfiyyət, yüksək qiymət təklif edirsiniz?

Asena,

BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 10 İyun 2026 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri