Şok iddia: Netanyahunun telefon qeydləri dəyişdirilib?
Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İsrailin Baş naziri Binyamin Netanyahunun keçmiş hərbi katibi, ehtiyatda olan general-mayor Avi Gil 7 oktyabr 2023-cü il hadisələri ilə bağlı ciddi iddialar irəli sürüb.
Turkustan.az xəbər verir ki, o, hücum günü səhər saatlarında Netanyahunun telefon danışıqlarının qeydlərinin dəyişdirilməsinə cəhd edildiyini bildirib.
Avi Gil İsrailin “Channel 12” telekanalına müsahibəsində 7 oktyabr hücumlarından bir neçə həftə sonra hazırlanmış telefon danışıqlarının transkriptlərində qanun pozuntuları aşkar etdiyini deyib. O, məsələ ilə bağlı dərhal baş prokurora məlumat verdiyini bildirib.
Gilin sözlərinə görə, Baş nazirin ofisində çalışan katiblərdən biri ona Netanyahunun həmin səhər etdiyi ilk telefon zənginin vaxtının dəyişdirilməsinə cəhd göstərildiyini deyib. İddiaya görə, bu cəhd Baş nazirin aparat rəhbəri Tzaçi Bravermanın göstərişi ilə həyata keçirilib.
Avi Gil həmçinin Netanyahunu siyasi maraqları naminə Qəzzada saxlanılan israilli girovların azad edilməsi üçün yaranan imkanlardan istifadə etməməkdə ittiham edib.
Aytən Yaşar / Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 09 Oktyabr 2026 13:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















