ŞOK PLAN: Şahzadəni belə oğurlamaq istəyiblər… KONKRET
Icma.az bildirir, Konkret.az portalına istinadən.
Niderlandın hüquq-mühafizə orqanları vəliəhd şahzadə Amaliya və onun bacısı şahzadə Aleksiyaya qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxsi saxlayıblar.
KONKRET.az xəbər verir ki, “Algemeen Dagblad” qəzetinin prokurorluğa istinadən yaydığı məlumata görə, saxlanılan şəxs Haaqa şəhərindən olan 33 yaşlı kişidir.
İstintaqın versiyasına əsasən, cinayət planı hələ fevral ayında hazırlanmağa başlanıb. Axtarış zamanı onun üzərindən üzərində şahzadələrin adları həkk olunmuş iki balta tapılıb.
İş üzrə ilk məhkəmə iclası mayın 4-nə təyin edilib.
Bu, Amaliyanın təhdidlərlə üzləşdiyi ilk hal deyil. 2022-ci ildə ciddi təhlükələr səbəbindən o, Amsterdamdakı tələbə yataqxanasını tərk edərək gücləndirilmiş mühafizə altında saraya qayıtmağa məcbur olmuşdu.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 01 May 2026 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















