Icma.az
close
up
RU
Sökülən evlərə görə kompensasiya məbləği 4 min manat olsun KONKRET

Sökülən evlərə görə kompensasiya məbləği 4 min manat olsun KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda bəzi ərazilərdə fərdi yaşayış evləri və köhnə binalar sökülərək yerində yeni parklar salınır və tikililər inşa olunur.

KONKRET.az xəbər verir ki, bu proses şəhərin müasir standartlara uyğun inkişafı, köhnəlmiş yaşayış sahələrinin yenilənməsi və daha təhlükəsiz mühitin yaradılması məqsədini daşıyır.

Söküntü proqramları çərçivəsində sakinlərə müxtəlif variantlar təklif edilir. Bəzi hallarda sakinlərə əmlaklarının dəyərinə uyğun olaraq pul kompensasiyası ödənilir. Bu kompensasiya ilə vətəndaşlar öz istəklərinə uyğun başqa yerdən mənzil almaq məcburiyyətində qalırlar. Digər hallarda isə sakinlərə tikilməkdə olan yeni binalardan mənzillər təqdim olunur. Bu mənzillər adətən daha geniş və müasir şəraitlə təchiz edilir.

Sakinlərə təklif olunan kompensasiyanın məbləği bəzən vətəndaşları qane etmir. Onlara təklif olunan 1500-2000 manat kompensasiya məbləği onlara yeni mənzil almaq üçün kifayət etmir. Nəticədə sakinlərlə ərazidə söküntü işləri aparan adiyyəti qurum və ya podratçı şirkət nümayəndələri arasında mübahisələr ayaranır.

Bəs, söküntü aparılan ərazilərdə vətəndaşlara nə qədər kompensasiya verilməlidir? Bu məbləğ nə qədər olmalıdır ki, mübahisələrə son qoyulsun?

Bu suallara cavab tapmaq üçün  BAKU.WS əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı müraciət edib.  Ekspert bildirib ki, kompensasiyanın məbləği ilə bağlı konkret rəqəm söyləmək bir qədər çətindir: “Bu ərazidən, tikintinin vəziyyətindən və sənədlərdən asılı olaraq dəyişə bilən bir rəqəmdir. Bununla bağlı hər hansı bir rəsmi qərar və yaxud təsdiq olunmuş bir sənəd də mövcud deyil.

Müvafiq icra hakimiyyəti orqanları bəzi hallarda qiymətləndirmə aparılarkən əvvəlki dövrlərdə verilmiş rəqəmləri analoq qiymət kimi götürür, buna əsaslanır və buna uyğun olaraq vətəndaşlara kompensasiya təklif edir. Hesab edirəm ki, bu, doğru deyil. Çünki mövcud qanunvericilikdə dövlət ehtiyacları üçün alınmada və sair istiqamətlərdə vətəndaşdan alınan əmlakın dəyərinin ödənilməsi məsələsi birmənalı olaraq qeyd olunur. Əmlakın dəyəri müvafiq dövrə ərazi üzrə müəyyən olunmuş bazar qiymətlərinə əsaslanaraq ödənilməlidir”.

Ramil Osmanlı qeyd edib ki, 1500-2000 manat rəqəmi təqribən 10 il əvvəl bazarda aktual olan və bu gün kifayət qədər aktuallığını itirmiş rəqəmlərdir və buna əsaslanmaq olmaz: “Bəzi ərazilər üzrə kompensasiya məbləği bu rəqəmlərdən iki dəfə çox (3000-4000 AZN) olmalıdır.

Bu gün Bakıda hətta Koroğlu və Qara Qarayev metrosunun yaxınlığında belə təmirsiz bir kvadratmetr mənzili 2000 manata almaq mümkün deyil. Bu halda vətəndaşın əmlakının alınmasına görə ödəniləcək 2000 manat ədalətsiz yanaşma olardı. hökumət də qiymətləndirmə aparılarkən

Son illərdə daha çox oturuşmuş, aktual olan bir istiqamət də var. Bu daha çox əvəzləşdirmə ilə bağlıdır. Hansı köçürmə ərazilərində ki binalar tikiləcəksə, bu ərazilərdə vətəndaşlara kompensasiya ödənilməsi əvəzinə, daha çox onların mənzillərin əvəzləşdirilməsi məsələsi aktual olur. Hesab edirəm ki, doğru yanaşma da bundan ibarətdir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Noyabr 2024 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see156

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see137

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see133

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see133

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see131

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri