Sökülən evlərə görə kompensasiya məbləği nə qədər olmalıdır? VACİB AÇIQLAMA
Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanda aparılması gözlənilən söküntü prosesləri ilə bağlı kompensasiya mexanizmi daima müzakirə olunan məsələlərdədndir.
BAKU.WS-in məlumatına görə, bu günə kimi söküntü aparılan ərazilərdə bəzi vətəndaşlar təqdim edilən kompensasiya məbləği ilə razılaşsa da, bundan narazı qalanlar da heç də az deyil.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc BAKU.WS-ə açıqlamasında bildirib ki, söküntü aparılan ərazilərdə yerləşən köhnə və qəzalı binalardakı mənzillərin mövcud bazar dəyəri əsasında hesablanan kompensasiyalar bəzən vətəndaşlara həmin ərazidə yeni tikilidən mənzil almaq imkanı vermir:
"Çünki bu binalar əksər hallarda qəzalı vəziyyətdə olduğundan onların qiymətləndirilməsi aşağı olur və ödənilən məbləğ sakinlərin yaşadıqları mühitdə qalmasını mümkünsüz edir.
Bu səbəbdən təklif olunur ki, kompensasiya məbləği sökülən binanın deyil, onun ətrafında təxminən 1 kilometr radiusda yerləşən yeni tikililərin bir kvadratmetrinin bazar dəyəri əsasında hesablansın. Belə yanaşma, vətəndaşın illərlə yaşadığı ərazidən kənarlaşmamasına, həm maddi, həm də psixoloji problemlərin azalmasına xidmət edər.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti də təklif edir ki, yüksək kompensasiyanın təmin edilməsi ümumi narazılığın qarşısını ala, prosesə etimadı artıra və daha obyektiv, ədalətli mexanizmin formalaşmasına şərait yarada bilər. Bu, eyni zamanda vətəndaşların sosial mühitinin qorunmasına da imkan verər.
Təxmini hesablamalara görə, kompensasiya məbləği ərazilər üzrə fərqli ola bilər. Şəhər mərkəzi və mərkəzə yaxın ərazilərdə bu rəqəmin təxminən 1 500–4 000 manat, mərkəzdən nisbətən uzaq zonalarda təxminən 3 000 manat, şəhər kənarlarında isə təqribən 2 000 manat civarında olması gərəkdir.
Ən doğru yanaşma hər bir ərazi üzrə müstəqil qiymətləndirici şirkətlər tərəfindən qiymətləndirmənin aparılması, yeni tikililərdə bir kvadratmetr mənzilin real bazar dəyərinin müəyyənləşdirilməsindən sonra kompensasiya məbləğinin hesablanmasıdır. Bu halda həm vətəndaşların hüquqları qorunar, həm də söküntü prosesi daha şəffaf və sosial baxımdan ağrısız şəkildə həyata keçirilə bilər".
Orxan Hüseyn
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 09 Yanvar 2026 20:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















