Solovyovun “Ermənistanı vuraq” çağırışı Zaxarova nələr dedi?
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Əvvəla, bu, jurnalistin fikridir — vurğulayıram: bu, bir fikirdir. İkincisi, bu fikir istər jurnalist, istərsə də televiziya aparıcısı tərəfindən səsləndirilib və “Solovyov LIVE” özəl kanalında.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya XİN sözçüsü Mariya Zaxarova bu gün brifinqdə rusiyalı jurnalist Vladimir Solovyovun Ermənistan və Orta Asiya ölkələrində “xüsusi hərbi əməliyyat” keçirilməsi çağırışı haqda danışarkən deyib.
“Üçüncüsü, sitatları oxudum; kontekstdən çıxarılan ifadələrə və ya dolayı çıxışa əsaslanmadım. Mən birbaşa çıxışa əsaslandım. Beləliklə, bu fikir əslində sual kimi formalaşdırılıb. Bu, bir bəyanat deyildi. Bu, daha çox sual idi, bilmirəm ritorik, yoxsa başqa bir şey idi; buna cavab vermək mənim işim deyil.
Dördüncüsü, bu ifadələr kreslo analitikləri tərəfindən açıq-aydın, təxribatçı şəkildə Rusiyanın rəsmi mövqeyi kimi təqdim edilib. Bilirsiniz, bu cür manipulyasiya ilə məşğul olmaq sadəcə qəbuledilməzdir", - o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 15 Yanvar 2026 21:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















