Zaxarova: Solovyovun fikirləri Rusiyanın rəsmi mövqeyi deyil
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rossiya telekanalının aparıcısı Vladimir Solovyovun "Rusiya Ermənistana və Mərkəzi Asiya ölkələrinə qarşı xüsusi hərbi əməliyyat keçirməlidir" açıqlamasına münasibət bildirib.
APA-nın Moskva bürosu xəbər verir ki, Zaxarova bu gün keçirdiyi brifinqdə rusiyalı telejurnalistin dedikləri ətrafında manipulyasiya aparıldığını söyləyib.
"Bu cür manipulyasiya ilə məşğul olmaq sadəcə, qəbuledilməzdir. Birincisi, bu, jurnalistin fikridir. İkincisi, bu fikir "Solovyov.Life" özəl kanalında ifadə edilib.
Üçüncüsü, bu fikir əslində sual kimi formalaşdırılıb (mən birbaşa çıxışa əsaslanırdım). Bu, bir bəyanat deyildi, bir sual idi — bilmirəm, ritorik idi, yoxsa başqa bir şey, buna cavab vermək mənim işim deyil.
Dördüncüsü, bu ifadələr divan analitikləri tərəfindən aydın, tamamilə açıq şəkildə, təxribatçı şəkildə, demək olar ki, Rusiyanın rəsmi mövqeyi kimi təqdim edilib".
Zaxarova Solovyovun məlum fikirlərinin Rusiyanın rəsmi mövqeyi olmadığını bildirib. Onun sözlərinə görə, Rusiyanın rəsmi mövqeyi ancaq dövlət qurumlarının səlahiyyətli şəxslərı tərəfindın səsləndirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 15 Yanvar 2026 19:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















