Icma.az
close
up
RU
Soltan Məmmədov: Büdcədə səhiyyə xərclərinin xüsusi çəkisinin artması müsbət haldır

Soltan Məmmədov: Büdcədə səhiyyə xərclərinin xüsusi çəkisinin artması müsbət haldır

Icma.az bildirir, Apa.az portalına istinadən.

Gələn ilin dövlət büdcəsinin xərclərinin 41 %-nin sosial yönümlü xərclərə yönəldilməsi, Dövlət Sosial Müdafiə Fondunun həm xərclərinin, həm də gəlirlərinin artımı, İşsizlikdən Sığorta Fondu çərçivəsində həyata keçirilən aktiv məşğulluq tədbirlərinin genişləndirilməsi təqdirəlayiqdir.

APA xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında deputat Soltan Məmmədov deyib.

Deputat bildirib ki, həm 2026-cı ilin dövlət büdcəsində, həm də icmal büdcədə səhiyyəyə ayrılan vəsaitin artması ölkədə uğurla həyata keçirilən icbari tibbi sığortanın bariz nümunəsidir: "Eyni zamanda, dövlət büdcəsinin xərcləri strukturunda səhiyyə xərclərinin xüsusi çəkisinin 4,9 %-ə çatması və buradakı 1 % artım müşahidə olunması da müsbət haldır. Xüsusilə, icmal büdcədə Dövlət İcbari Tibbi Sığorta Fondunun 2026-cı il üzrə xərclərinin əhəmiyyətli hissəsinin məhz cari ilin sonuna qədər istifadə olunmamış gəlirlər hesabına qarşılanacağını nəzərə alaraq, gələcəkdə fondun real gəlirləri kontekstində bu siyasətin davamlılığı necə təmin olunacaq?

Biz hər zaman xüsusi Dövlət Proqramlarının İcbari Tibbi Sığorta Fondu çərçivəsində həyata keçirilməsini arzulamışıq və bu, bu gün həyata keçirilir. Hələ də dövlət proqramı çərçivəsində maliyyələşdirilən həmin 6 proqramla yanaşı, digər 8 proqramın fond hesabına maliyyələşdirilməsi ilə bağlı qərarda hansı göstəricilər əsas götürülüb? Çünki biz hər il qeyd edirik ki, bu layihələrin icrasının monitorinqi çox önəmlidir. Hesablama Palatasının hesabatlarında bu məsələlər əks olunur. Çünki bu proqramlar xüsusi həssas qrupları və tam tibbi yardıma ehtiyacı olan insanları əhatə edir. Eyni zamanda ilkin səhiyyə xidmətinin inkişafı ilə bağlı da müəyyən tədbirlərin genişləndirilməsini arzu edirəm. Bu gün immunoprofilaktika proqramına ayrılan büdcənin artımı bizi sevindirir. Bu da ilkin səhiyyə xidmətində böyük uğur kimi qiymətləndirilə bilər. Ümumilikdə, səhiyyə sahəsində gələcəkdə bu Dövlət Proqramlarının sığorta büdcəsi hesabına maliyyələşdirilməsi və onların monitorinqinin həyata keçirilməsi çox vacibdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://apa.az
archiveBu xəbər 06 Noyabr 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see223

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see161

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see156

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see153

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see142

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see138

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see134

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see133

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see129

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri