Icma.az
close
up
RU
Soltan Məmmədov: Cənubi Qafqazın tarixini dəyişirik

Soltan Məmmədov: Cənubi Qafqazın tarixini dəyişirik

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Cənubi Qafqazın tarixini dəyişirik, yeni bir tarix yazırıq.

Bunu APA-ya Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Deputat bildirib ki, Vətən Müharibəsində qazandığımız parlaq qələbədən sonra dövlətçilik tariximizə yeni şanlı səhifələr əlavə olunmağa başladı: “Belə unudulmaz, xüsusi və əlamətdar tarixlərdən biri də 20 sentyabr - Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günüdür. O, qeyd edib ki, 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycan öz müstəqilliyini bərpa etdi: “Lakin bunun kökü daha əvvələ, suverenlik ideyalarının güclənməsinə və xalqımızın öz taleyinə sahib çıxmaq iradəsinə dayanır. Çünki dövlət suverenliyi hər bir xalq üçün ən ali dəyərdir, ən böyük hədəfdir. Azad yaşamaq, öz dilində danışmaq, öz bayrağı, gerbi, himni ilə qürur duymaq, öz torpağına hakim olmaq deməkdir.”

Soltan Məmmədov vurğulayıb ki, 2023-cü ilin sentyabr ayının 19-da qüdrətli Ordumuz Müzəffər Ali baş Komandanın rəhbərliyi ilə Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirlərinə başladı: “Cəmi 23 saat 43 dəqiqə davam edən antiterror əməliyyatları nəticəsində Qalib Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirdi və qarşısına qoyulmuş bütün vəzifələri yerinə yetirdi. Nəticədə qondarma “Dağlıq Qarabağ rejimi” özünü buraxdığını elan etdi və Azərbaycanın bütün ərazilərində suverenliyimiz tam bərpa olundu. Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə şanlı tariximizə daha bir əlamətdar gün 20 sentyabr - Dövlət Suverenliyi Günü əlavə edildi. Azərbaycan tarix boyunca bir çox çətinliklərlə üzləşsə də, işğallara məruz qalsa da hər zaman müstəqillik mübarizəsini davam etdirib və heç bir qüvvə bu əzmi sındıra bilməyib. Böyük çətinliklər, şəhidlərimizin qanı və düşünülmüş uzaqgörən siyasət nəticəsində əldə olunmuş suverenliyimiz Azərbaycan xalqının milli iradəsinin və birliyimizin təntənəsidir. Bu gün üçrəngli bayrağımız Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Hadrutda, Laçında, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə əzəmətlə dalğalanır. Azərbaycan tam suverən, beynəlxalq aləmdə nüfuzu günbəgün artan və dünyada söz sahibinə çevrilmiş qalib dövlətdir. Hazırda işğaldan azad olunan ərazilərimizdə sürətli bərpa- quruculuq işləri həyata keçirilir, keçmiş məcburi köçkünlərimiz öz doğma torpaqlarına geri qayıdır və Böyük Qayıdış proqramı uğurla icra olunur”.

Soltan Məmmədov bildirib ki, Müzəffər Ali baş Komandanın müdrik rəhbərliyi, şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı sayəsində azad edilmiş torpaqlara yenidən həyat veririk: “Bu torpaqların əsl sahiblərinin kim olduğunu bütün dünyaya göstəririk. Biz bütün Cənubi Qafqazın tarixini dəyişirik, yeni bir tarix yazırıq. Regionda sülhün, sabitliyin, əməkdaşlığın hökm sürdüyü münasibətlər sistemi qururuq. Çünki biz sülhün bu bölgədə yaşayan bütün xalqların rifahına xidmət etdiyinə inanırıq. 30 il ərzində dünyanı buna inandırmağa çalışdıq. Lakin beynəlxalq ictimaiyyətin laqeyd sükutu ilə qarşılaşdıq. İndi isə yeni dövr başlayır.”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:419
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 Sentyabr 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see377

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see280

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see228

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see225

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see217

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see210

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see207

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see205

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see200

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see195

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see190

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see189

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see187

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see184

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see177

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see171

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see170

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri