Şolts və Berbok Trampa “hücum” etdi: “haqqı yoxdur” KONKRET
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
Almaniya kansleri Olaf Şolts da Zelenskini Ukrayna dövlətinin qanuni seçilmiş rəhbəri adlandıraraq ABŞ prezidentinə qarşı çıxmaq qərarına gəlib.
KONKRET.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib və o, Zelenskini diktator adlandıran ABŞ prezidenti Donald Trampa sərt cavab verib.
Xatırladaq ki, bir gün əvvəl Tramp Zelenskini diktator adlandırıb və onun seçki keçirməkdən imtina etdiyini bildirib. O, Ukraynada ümumxalq səsverməsinin keçirilməsinin zəruriliyini vurğulayaraq, əhalinin Kiyev rejiminin hazırkı rəhbərinə dəstəyinin aşağı səviyyədə olduğunu qeyd edib.
Berbok isə Trampın bu açıqlamasını absurd adlandırıb. Diplomat kinayə ilə Trampı yalnız “tvit” yazmaqda və “real dünyanı” görməməkdə ittiham edib.
Trampın sözləri Almaniya kansleri Olaf Şoltsu da incidib və o, “Der Spiegel” nəşrinə verdiyi müsahibədə deyib:
“Prezident Zelenskinin heç bir demokratik legitimliyi olmadığı barədə bəyanatlar səhv və təhlükəlidir. Müharibə şəraitində düzgün seçki keçirmək mümkün deyil və heç kimin əksini deməyə haqqı yoxdur”, – Şolts vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 20 Fevral 2025 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















