Restoranlarda servis haqqı MƏCBURİDİRMİ? KONKRET
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
Bakıda fəaliyyət göstərən bəzi restoranlarda ümumi xidmət haqqından əlavə olaraq, 10 faiz servis haqqı tutulur. Bu, bəzən müştərilərə öncədən bildirilsə də, bəzən son anda xidmət haqqını ödəyərkən xəbərdar olurlar.
Müştərilərə əvvəlcədən xəbərdarlıq edilmədən ümumi hesaba 10-15 faiz servis haqqı əlavə olunur. Müştərinin son anda məlumatlandırılması isə istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilir. Artıq bəzi ölkələrdə qanunla “servis haqqı” ləğv edilib. Ölkəmizdə isə “servis haqqı” alan restoranların sayı getdikcə artır.
Bəs, bu, qanunla məcburidirmi? Hansı hallarda müştəri “servis haqqı” ödəməkdən imtina edə bilər?
KONKRET.az xəbər verir ki, iqtisadçı Natiq Cəfərli Bizim.Media-ya açıqlamasında bildirib ki, Azərbaycanda qanunvericiliyə görə, müştəri əlavə “servis haqqı”nı ödəməyə məcbur edilə bilməz:
“Qanuni olmasa da, bəzi restoranların daxili qaydaları əsasında tənzimlənir. Lakin daxili nizam əsasında tənzimlənsə belə, bu, məcburi də olmamalıdır. Qayda belə olmalıdır ki, servis haqqı könüllü şəkildə ödənilsin. Çünki onsuz da müştərilər çox zaman nəzakət anlamında əlavə olaraq servis haqqı ödəyir. Bir də bunu məcburi etmək doğru deyil. Lakin yenə qeyd edirəm, bu, restoranların daxili qaydaları əsasında müəyyənləşdirilir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 10 Aprel 2026 10:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















