Icma.az
close
up
RU
Şolzun hökuməti etimadı itirdi

Şolzun hökuməti etimadı itirdi

Icma.az bildirir, Azvision portalına istinadən.

AzVision.az xəbər verir ki, parlamentdə etimad səsverməsi üçün yazılı sorğu Sosial Demokratların (ASDP) lideri olan kansler Olaf Şolz tərəfindən dekabrın 11-də göndərilmişdi. Bu qərar hakim koalisiyaya daxil olan partiyalar arasında gələn ilin büdcəsinin müzakirəsi zamanı yaranan hərc-mərcliik nəticəsində verilib.
Hadisələrin müqəddiməsi
Noyabrın 7-də hökumət başçısı Maliyyə naziri, Azad Demokratların (FDP) nümayəndəsi Kristian Lindneri vəzifəsindən azad etdikdən sonra ASDP-nin və “Yaşıllar”ın da daxil olduğu “işıqfor” (üçrəngli) koalisiyasının kabineti dağıldı.
Bundestaq hökumətə etimadsızlıq göstərdiyi üçün indi ölkə prezidenti Frank-Valter Ştaynmayerin Konstitusiyanın 68-ci maddəsinə əsasən, parlamentin buraxılması və yeni seçkilərin təyin edilməsi üçün 21 günü var.
O, Şolzun rəhbərlik etdiyi azlıq hökumətini saxlayaraq bu addımdan vaz keçə də bilər, lakin bu ehtimal, demək olar ki, sıfıra bərabərdir. Belə ki, Almaniya tarixində Bundestaq hökumətə etimad göstərməkdən imtina etdiyi bütün hallarda o, buraxılıb və yeni seçkilər keçirilib.
İndiyədək Almaniyada hökumətə etimad məsələsi Bundestaqda beş dəfə qaldırılıb. Üç dəfə (1972-ci ildə Villi Brandt, 1982-ci ildə Helmut Kol və 2005-ci ildə Gerhard Şröder) kanslerə etimad göstərilməyib və sonra Bundestaq buraxılıb. 1982-ci ildə Helmut Şmidt və 2001-ci ildə Şröder parlament dəstəyini qazanaraq öz mövqelərini qoruyub saxlaya biliblər.
Qanunla müəyyən edilmiş müddətlərə görə, seçkilər Bundestaqın etimadsızlıq səsverməsindən sonra 60 gündən gec olmayaraq keçirilməlidir. Yeni hökumət formalaşana qədər əvvəlki hökumət də Bundestaq kimi öz vəzifələrini yerinə yetirməkdə davam edir. Koalisiyanın yaradılmasının çox vaxt aparan proses olduğunu nəzərə alsaq alır, Şolz ən azı daha bir neçə ay kansler vəzifəsində qalacaq.
Kimin iddiaları daha əsaslıdır?
Qeyd edək ki, son aylarda “işıqfor” koalisiyasının reytinqləri və kanslerin populyarlığı durmadan aşağı düşür. Ölkənin şərqində keçirilən payız seçkilərinin nəticələri koalisiya üçün ciddi zərbə oldu. Onların keçirildiyi üç ştatdan yalnız birində (Brandenburqda) ASDP liderliyi qoruyub saxlaya bildi, “Yaşıllar” və FDP isə seçkilərdə ciddi mğlubiyyətə uğrayaraq, yerli hakimiyyət orqanlarında təmsilçiliklərini xeyli azaltdılar və ya tamamilə itirdilər.
Dekabrın 14-də INSA mərkəzinin “Bild” nəşrinin sifarişi ilə keçidriyi sorğuya əsasən, hazırda “Xristian Demokratik İttifaqı” və “Xristian Sosial İttifaqı” (XDİ/XSİ) müxalifət bloku 31%, ASDP isə 17% səs toplaya bilərlər. İkinci yerdə 20%-lə sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyası qərarlaşıb. “Yaşıllar”a etimad 11% vtəşkil edir. Bundestaqa keçəcəyi təqdirdə FDP-nin beş faiz qazanacağı proqnozlaşdırılır. Bu il təsis olunan sol populist Sara Vaqenknext Birliyinin (SWA) 8% səs toplayacağı gözlənilir.
Bu tendensiya davam edərsə, seçkilərin qalibi kimi XDİ/XSİ hökumət qurmaq hüququna malik olacaq və ona blokun kansler postuna namizədi Fridrix Merts rəhbərlik edəcək.

Maraqlıdır ki, əvvəllər Merts ona “Yaşıllar” partiyasından rəqib olan Robert Habekin yeni hökumətdə İqtisadiyyat naziri postunda qala biləcəyini açıqlamışdı, lakin XDİ-nin lideri və Bavariyanın baş naziri Markus Zeder bu ideyanın fikrə qarşı çıxmışdı. Görünür Zeder mövqeyi öz təsirini göstərib. Belə ki, bu gün Bundestaqda çıxışı zamanı Merts Habeki “Almaniyadakı iqtisadi böhranın təcəssümü” adlandıraraq, onu digər koalisiya tərəfdaşları axtarmağa çağırıb.
Şolz hökuməti Ukrayna sınağından keçə bilmədi
Xarici siyasət, adətən, Almaniyada seçki kampaniyasında böyük rol oynamasa da, XDİ/XSİ bloku və ASDP arasında Ukrayna böhranına yanaşma fərqi ilk növbədə uzaqmənzilli “TAURUS” raketlərinin tədarükü məsələsində üzə çıxdı. Merts dəfələrlə bu addımın lehinə danışsa da, Münaqişənin daha da gərginləşəcəyindən ehtiyat edən Şolz bu raketlərin Kiyevə göndərilməsinin əleyhinədir. “Funke” mediaqrupunun yazdığına görə, bu prinsip hətta ASDP-nin seçkiqabağı layihəsində də ehtiva edilib. Təccüblü deyil ki, bu mövzu parlamentdə də qızğın mübahisələrə səbəb olub.
“Almaniya gələcəkdə də Ukraynanın əsas müttəfiqi olaraq qalmalıdır, lakin eyni zamanda hökumət ölkəmizin təhlükəsizliyinə xələl gətirə bilməz. Buna görə də biz Rusiyanın dərinliklərindəki hədəflərə çata bilən uzaqmənzilli qanadlı raketlər vermirik. Eyni zamanda, mən kansler olduğum müddətdə Almaniya öz əsgərlərini də Ukraynaya göndərməyəcək”, - Olaf Şolz vurğulayıb.
Onun rəqibi Fridrix Merts öz çıxışında birbaşa uzaqmənzilli raketlərin tədarükü mövzusuna toxunmasa da, ASDP-ni Ukraynadakı münaqişə fonunda Bundesverin kifayət qədər modernləşdirilməməsində günahlandırıb.
- Bizə müharibə və sülh haqqında mühazirə oxumağınız lazım deyil. Biz müdafiə siyasətində uğur qazanmağı bilirik və özümüzü müdafiə etmək məcburiyyətində qalmamaq üçün müdafiəmizi necə gücləndirə biləcəyimizdən danışırıq”, - Almaniyanın kansleri vəzifəsinə namizəd olan siyasətçi vurğulayıb.
Maraqlıdır ki, Bundestaqdakı müzakirəlrə ərəfəsində Fridrix Merts öz podkastında “Avropanın əksər dövlət və hökumət başçılarının Almaniya kansleri ilə görüşmək arzusu yoxdur” ifadəsini yazıb.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://azvision.az
archiveBu xəbər 17 Dekabr 2024 00:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see346

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see330

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see324

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see323

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see294

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see289

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see281

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see264

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see256

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see243

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see214

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see194

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see189

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see188

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see187

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri