Son 10 ildə ipoteka kreditinin orta aylıq ödənişi 54 faiz artıb
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Bu ilin ilk 2 ayı ərzində Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən 44,5 milyon manat məbləğində ipoteka krediti verilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə banklar tərəfindən verilən ipoteka kreditləri 7,7 milyon manat azalıb.
Məlumat üçün bildirək ki, fevral ayında banklar tərəfindən verilən ipoteka kreditinin orta məbləği 64 min 370 manat olub. İpoteka kreditləri orta hesabla 6,37% ilə 281,6 ay müddətinə ayrılıb. İpoteka kreditinin orta aylıq ödənişi isə 458,3 manat olub.
Müqayisə üçün qeyd edək ki, 10 il əvvəl – 2015-ci ilin fevral ayında banklar tərəfindən verilən ipoteka kreditinin orta məbləği 40 min 251 manat olub. 10 il əvvəl ipoteka kreditləri orta hesabla 6,77% ilə 279 ay müddətinə ayrılıb. İpoteka kreditinin orta aylıq ödənişi isə o dövrdə 297,1 manat olub.
Açıqlanan məlumatlardan da göründüyü kimi, son 10 ildə banklar tərəfindən verilən ipoteka kreditinin orta məbləği 60%, banklara geri ödənilən ipoteka kreditinin orta aylıq ödənişi isə 54,2% artıb.
Murad Məmmədov
Bu mövzuda digər xəbərlər:Son 10 ayda əhaliyə qaytarılan ƏDV ödənişi açıqlandı
14 Noyabr 2024 12:35
İpoteka kreditlərinin ilkin ödənişi azaldılır? RƏSMİ AÇIQLAMA
19 Mart 2025 19:25
Azərbaycan fermerlərinə subsidiya ödənişi artıb
02 May 2025 10:19
Bu şəxslərin aylıq müavinət ödənişi DAYANDIRILIR?
26 Yanvar 2025 11:51
Baxış sayı:73
Bu xəbər 03 Aprel 2025 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















