Icma.az
close
up
RU
Son 10 ildə Sumqayıtda şəhər təsərrüfatı sahəsində görülən işlər sosial rifaha xidmət edir

Son 10 ildə Sumqayıtda şəhər təsərrüfatı sahəsində görülən işlər sosial rifaha xidmət edir

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Son on ildə Sumqayıt şəhərində genişmiqyaslı abadlıq və infrastruktur layihələri icra olunub. Mənzil fondunun yenilənməsi, yol və nəqliyyat infrastrukturunun genişləndirilməsi, yaşıllaşdırma tədbirləri, həmçinin enerji, su və qaz təchizatının gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Görülən işlər şəhərin simasının müasirləşməsinə və sakinlərin həyat şəraitinin yaxşılaşmasına xidmət edib.

APA xəbər verir ki, şəhərin çoxmənzilli yaşayış binalarında genişmiqyaslı abadlıq və quruculuq işləri görülüb. Belə ki, 1200 çoxmənzilli binanın dam örtüyü yenidən qurulub, 935 binanın zirzəmisi təmizlənərək şəbəkələri əsaslı təmir olunub. 795 binanın, eləcə də 4 yataqxananın fasadı yenilənib, 47 bina aqlay daşla üzlənib və 6500 bina girişi əsaslı təmir olunub. Əlavə olaraq, şəhərin mikrorayon və məhəllələrində 80 nümunəvi məhəllə salınaraq sakinlərin istifadəsinə verilib. Şəhərdə 580 köhnə lift yeni müasir liftlərlə əvəzlənib, 44 lift əsaslı təmir olunub, 2019-cu ildə isə Qafqazda ilk dəfə olaraq liftlər “Onlayn” İntellektual İdarəetmə sisteminə qoşulub.

Ümumilikdə son on ildə Sumqayıtda yol infrastrukturunun genişləndirilməsi istiqamətində böyük işlər görülüb. Belə ki, şəhərin küçə və prospektlərində 4,5 milyon kvadratmetrdən çox sahəyə asfalt örtüyü döşənib. Bununla yanaşı, 129 min kvadratmetr səkilər tametlərlə döşənib, piyadaların rahat və təhlükəsiz hərəkəti üçün şərait yaradılıb. Küçələrin tam işıqlandırılması üçün ümumilikdə 4409 yeni dirək, 18796 led bəzək quraşdırılıb, 15757 ədəd elektrik fənəri dəyişdirilib.

Bu dövrdə 250 yeni avtobus marşrut xəttlərinə buraxılıb, 200 dayanacaq quraşdırılıb.

Son illər yeni parkların salınması, bulvarın inşası və geniş yaşıllaşdırma tədbirləri nəticəsində şəhərin yaşıllıq sahəsi 619 hektardan 1163 hektara çatdırılaraq iki dəfə artırılıb.
Şəhərin infrastrukturunda da mühüm dəyişikliklər həyata keçirilib. Məişət tullantılarının yığılması və daşınması üçün yeni texnika və avadanlıqlar alınıb. Ötən dövrdə şəhər İcra Hakimiyyəti tərəfindən Təmizlik Departamentinə 46 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi və texnika verilib, 9474 ədəd müxtəlif ölçülü tullantı qutusu quraşdırılıb, ümumilikdə 6,8 milyon kub metr məişət tullantısı daşınıb. Şəhərin qaz və su təchizatı da gücləndirilib – 264,7 km qaz xətti və 30 km su xətti yenilənib. Enerji təminatının yaxşılaşdırılması üçün isə 49 güc mərkəzi və bir neçə yeni yarımstansiya istifadəyə verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://apa.az
archiveBu xəbər 08 Sentyabr 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see176

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see152

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see133

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see130

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri