Icma.az
close
up
RU
Ölkəmizdə nəqliyyat sahəsində görülən işlər vətəndaşın rifahına xidmət edir ŞƏRH

Ölkəmizdə nəqliyyat sahəsində görülən işlər vətəndaşın rifahına xidmət edir ŞƏRH

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 31 yanvar, AZƏRTAC

Azərbaycan mühüm geostrateji məkanda yerləşir. Bu amil ölkəmizin dünya üçün önəmini artırır. Azərbaycanın belə bir önəmli coğrafiyada yerləşməsi, həm siyasi, həm də iqtisadi dividentlər qazandırır. Bu baxımdan, ölkəmizin tranzit potensialı dünyanın diqqətini cəlb edir. Yanvarın 28-də Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə bu mövzu ilə əlaqədar fikirlərini geniş ifadə edib.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

O bildirib ki, Prezident İlham Əliyev müşavirədə Azərbaycanın Şərqlə Qərb, Cənubla Şimal arasında ticarət əlaqələrində tranzit ölkə kimi böyük rol oynadığını diqqətə çatdırıb. Şərq-Qərb layihəsinin ən mühüm halqası isə Orta Dəhlizdir. Bu dəhlizi geosiyasi-iqtisadi əhəmiyyətinə görə, dəyər zənciri də adlandırmaq mümkündür. Orta Dəhliz Çindən gələn yüklərin Qazaxıstandan keçərək Xəzər dənizinə, Azərbaycana və oradan da Gürcüstan və Türkiyə üzərindən Avropadakı son təyinat ölkələrinə çatmasına imkan yaradır. Bu baxımdan, dəhlizin və bu infrastrukturun bir hissəsi kimi Bakı-Tbilisi-Qars dəmir yolu da böyük əhəmiyyətə malikdir.

Azərbaycan bölgənin nəqliyyat landşaftını möhkəmləndirərək digər kommunikasiyaların da bu nəqliyyat qovşaqlarına bağlantısını təmin etmək istiqamətində qətiyyətlə çalışır. Bu baxımdan Orta Dəhlizin növbəti dayanacağının Zəngəzur xətti olacağına da şübhə yoxdur. Ermənistan regionun nəqliyyat ritmini pozmaq üçün müxtəlif cəfəng layihələri ortaya atmaqla bu dəhlizin perspektivinə zərbə vurmağa çalışır, “Sülh kəsişməsi” adlı reallıqdan uzaq layihə ilə vaxtı uzadır. İrəvan anlamır ki, bölgədə Azərbaycansız hansısa bir layihənin həyata keçməsi mümkün deyil.

Deputatın sözlərinə görə, Azərbaycan özünə aid hissədə bu dəhlizin komponentlərini reallaşdırır. Artıq Zəngilana qədər uzanan magistral və dəmir yolu xəttinin böyük hissəsi başa çatdırılıb. Bütövlükdə, işğaldan azad edilmiş ərazilərdə bu gün görülən işlərin əsasını nəqliyyat layihələri təşkil edir. 3400 kilometrə yaxın avtomobil yolu icra edilməkdədir. Eyni zamanda, 45 tunel, 447 körpü, 16 viaduk nəzərdə tutulub. Bunlardan 28 tunel, 392 körpü və 9 viadukun tikintisi tamamlanıb. Eyni zamanda, son 20 il ərzində Azərbaycanda səkkiz beynəlxalq hava limanı inşa edilib. Onların dördü var idi, amma vəziyyəti qənaətbəxş hesab edilmirdi. Bakı, Naxçıvan, Gəncə və Lənkəran hava limanları yenidən quruldu. Bununla bərabər, dörd yeni hava limanı inşa edilib - Qəbələ, Zaqatala, Füzuli və Zəngilan. Doqquzuncu beynəlxalq hava limanının bu il Laçında istifadəyə verilməsi nəzərdə tutulur. Bütün bu hava limanları istənilən ağırlıqda yük və sərnişin təyyarələrini qəbul etməyə qadirdir.

“Müşavirədə aparılan müzakirələr və verilən məlumatlar göstərir ki, ölkəmizdə, o cümlədən paytaxt Bakıda yeni nəqliyyat layihələri həyata keçiriləcək. Bu layihələrin reallaşması nəqliyyat sahəsində vəziyyəti daha da təkmilləşdirəcək. Nəticə etibarilə, görülən işlər ölkə vətəndaşlarının rifahına xidmət edir”, - deyə Fatma Yıldırım vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Yanvar 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri