Icma.az
close
up
RU
Son 10 ilin ən yaxşı 5 serialı

Son 10 ilin ən yaxşı 5 serialı

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rəqəmsal platformaların yüksəlişi ilə birlikdə televiziya dünyası son 10 ildə sözün əsl mənasında qızıl dövrünü yaşayıb.

Milli.Az xəbər verir ki, tənqidçilərin yüksək qiymətləndirdiyi və tamaşaçıların yaddaşında iz qoyan son 10 ilin ən yaxşı serialları açıqlanıb.

Siyahıda ilk yerlərdən birini "Severance" tutur. "Severance" iş və şəxsi həyat xatirələrinin bir-birindən ayrıldığı distopik dünyadan bəhs edir. Şirkət əməkdaşlarının ofisdən kənarda kim olduqlarını xatırlamaması üzərində qurulan hekayə sirr və gərginliyi ustalıqla birləşdirir. Serialın rejissoru Ben Stillerdir. Baş rollarda isə Adam Scott, Patricia Arquette və Britt Lower yer alır. Xüsusilə atmosferi və sürükləyici süjeti ilə son illərin ən çox müzakirə olunan ekran işlərindən birinə çevrilib.

Siyahıda yer alan digər məşhur ekran işi isə "Succession" olub. media imperiyasına sahib varlı bir ailənin hakimiyyət savaşını mövzu alan  "Succession" müasir televiziya tarixinin ən uğurlu dramlarından biri hesab olunur. Qara yumorla ailədaxili intriqaları bir araya gətirən ekran işi sərt dialoqları və təsirli personajları ilə diqqət çəkib. Serialın yaradıcısı Jesse Armstrongdir. Aktyor heyətində isə Brian Cox, Jeremy Strong, Sarah Snook və Kieran Culkin yer alıb. Serial "Emmy" başda olmaqla çoxsaylı mükafatlar qazanıb.

"Dark"da son illərin ən uğurlu serialları sırasında göstərilib. Almaniya mənşəli "Dark" zaman səyahəti mövzusunu mürəkkəb, amma təsirli hekayə ilə təqdim edib. Kiçik bir qəsəbədə itkin düşən uşaqlardan sonra ortaya çıxan sirlər izləyicini qaranlıq və sürükləyici bir dünyaya aparır. Baran bo Odar və Jantje Friese imzalı serialın aktyor heyətində Louis Hofmann, Lisa Vicari və Oliver Masucci yer alıb. 

Siyahıya daxil edilən digər layihə "The Last of Us" olub. "The Last of Us" qiyamət sonrası dünyada sağ qalma mübarizəsini emosional şəkildə ekrana gətirib. Bəşəriyyəti təhdid edən bir epidemiyadan sonra baş verən hadisələr aksiyon və dramı balanslı şəkildə təqdim edir. Serial Craig Mazin və Neil Druckmann tərəfindən hazırlanıb. Baş rolları isə Pedro Pascal və Bella Ramsey canlandırır. Layihə həm aktyor performansları, həm də vizual keyfiyyəti ilə böyük rəğbət qazanıb.

Qlobal fenomenə çevrilən "Squid Game"də siyahıda yer alıb. Cənubi Koreya istehsalı olan "Squid Game" yayımlandığı dövrdə qlobal fenomenə çevrilib. Maddi çətinlik yaşayan insanların ölümcül uşaq oyunlarında yarışmasını mövzu alan serial sosial bərabərsizlik və sistem tənqidi ilə diqqət çəkib.Serialın rejissoru Hwang Dong-hyukdir. Baş rollarda isə Lee Jung-jae, Park Hae-soo və Jung Ho-yeon çıxış edib. Gərgin səhnələri və təsirli vizualları ilə dünyanın ən çox izlənilən seriallarından birinə çevrilib.

Mina Mikayılova
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 29 May 2026 03:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri