Icma.az
close
up
RU
Son 2 oyunda baş verənlər məni narahat etməyə bilməz

Son 2 oyunda baş verənlər məni narahat etməyə bilməz

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Son 2 oyunda baş verənlər məni narahat etməyə bilməz"

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab matçları çərçivəsində "Sabah" səfərdə "Qəbələ"yə qalib gəlib. Gərgin keçən matçın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib (3:3). Penaltilər seriyasında "Sabah" meydandan üstün ayrılıb (2:4).

QOL.az xəbər verir ki, "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb.

Təcrübəli mütəxəssis ilk növbədə oyunun gərginliyini və rəqibin əzmkarlığını yüksək qiymətləndirib:

"Hər iki komandaya təşəkkür edirəm. "Qəbələ" bu gün 10 nəfərlə qalsa da, böyük ruh nümayiş etdirərək geri dönüş etdi. Futbolçularımı yarımfinala yüksəldiklərinə görə təbrik edirəm, amma çox çətin oyun oldu. Bundan əvvəlki, 3:0 öndə olduğumuz oyunda da rəqib (“Qarabağ”) geri dönüş edə bilmişdi. Bu gün də hesabda 2:0 öndə idik. Rəqib 10 nəfərlə qaldıqdan sonra geri dönüş etdi. Bu cür hesablar kubok oyunlarının təbiətində var, lakin biz bu halları ciddi təhlil etməliyik. İnanıram ki, neytral azarkeşlər də bizim oyunlarımızdan həzz alırlar. Bakıya qayıdacağıq. 5 gün sonra yenə "Qəbələ" ilə oyunumuz var. Mənim üçün də çətindir. Bu rəqiblə bir ay ərzində artıq 4-5 dəfə qarşılarıq. Bir rəqibi təkrar-təkrar təhlil etmək çətindir".

Baş məşqçi oyunun gedişatındakı qəfil dəyişikliklərə də aydınlıq gətirib:

"Bu gün meydanda tamamilə gözlənilməz bir mənzərə gerçəkləşdi. İlk hissədə rəqibə heç bir fürsət vermədik, oyunu tam nəzarətdə saxlayırdıq. İkinci hissədə də üstün olan tərəf biz idik. Lakin qısa müddət ərzində ardıcıl iki qol buraxmağımızın səbəblərini daha dərindən araşdırmalıyıq. Bunun arxasında həm psixoloji gərginlik, həm də taktiki amillər dayana bilər. Bütün bunları ciddi şəkildə təhlil edib nəticə çıxarmalıyıq".

Dambrauskas son 2 oyunda qapılarında 6 qol görmələrindən doğan narahatlığını gizlətməyib:

"Karyeramda 2:0 və ya 3:0 öndə olub bu cür ardıcıl geri dönüşlərə icazə verdiyimizi xatırlamıram. Amma bu, futboldur, istənilən hesab qeydə alına bilər. "Sabah" azarkeşlərini stadiona dəvət edirəm ki, belə oyunlar görsünlər. Onu da deyim ki, bu gün çoxlu səhvlər etdik.

Bu dəli dünyada gələcəkdə nələr baş verəcəyini heç kim bilə bilməz. Ona görə, deyirəm ki, bizim avrokuboklarda iştirakımız hələ dəqiqləşməyib. Hələ qarşıda 11 tur və kubokda yarımfinal matçları var. Nələr olacağını indidən deyə bilmərik. Düzdür, son iki oyunda baş verənlər məni narahat etməyə bilməz. Bu iki matç bizim üçün böyük dərsdir. Səhvlərimizdən nəticələr çıxarmalıyıq. Mənim fikrim yalnız və yalnız qarşıdakı oyuna necə bərpa olmağımızdır".

Titul şansları barədə verilən suallara baş məşqçinin cavabı belə olub:

"Hazırda titul və ya yarımfinal barədə düşünmürəm, çünki hələ təqvim belə bəlli deyil. Bütün diqqətim çempionatdakı "Qəbələ", "Sumqayıt" və "İmişli" ilə keçiriləcək oyunlardadır".

Valdas Dambrauskas "Qarabağ"la oyunların gərginliyi və baş verənlərin azarkeşlərdə yaratdığı narahatlığa münasibət bildirərək qarşılıqlı hörmətin hər şeydən üstün olduğunu vurğulayıb:

"Keçmişdə olanlar elə keçmişdə də qalmalıdır. "Qarabağ"la son oyunda yaşananlara görə artıq üzr istəmişik. Bizim rəqibə böyük hörmətimiz var və inanıram ki, onlar da bizə eyni münasibəti bəsləyirlər. Meydanda rəqib ola bilərik, lakin bütün bunlar meydançanın daxilində qalmalıdır. Fit çalındıqdan və oyun bitdikdən sonra hər kəs öz işinə və peşəkar həyatına davam etməlidir. Bu, sadəcə "Qarabağ"la bağlı olan məsələ deyil".

Посмотреть эту публикацию в Instagram

Публикация от Qol.az (@qolaz)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://qol.az
archiveBu xəbər 05 Mart 2026 22:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri