Son 24 saatda İsrailə qarşı 22 hücum həyata keçirib KONKRET
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Livanda “Hizbullah” hərəkatı son 24 saat ərzində İsrail qüvvələrinə qarşı 22 hücum təşkil etdiyini bəyan edib.
KONKRET.az xəbər verir ki, Al Jazeera-nın məlumatına görə, qruplaşma hücumlar zamanı pilotsuz uçuş aparatlarından və raket zərbələrindən istifadə etdiyini bildirib. Hizbullah-ın açıqlamasında qeyd olunub ki, hücumlar əsasən Livanın cənubunda yerləşən İsrail hərbi mövqelərinə və bölgədə yerləşdirilmiş qoşun birləşmələrinə qarşı həyata keçirilib.
Məlumata əsasən, Hizbullah İsrailə məxsus “Hermes 450” pilotsuz uçuş aparatını vurmağa cəhd edib. Qruplaşma həmçinin Cdeydət Məys əl-Cəbəl bölgəsində İsrail hərbi texnikasını, Yəhmur əş-Şəqif yaxınlığındakı komanda məntəqəsini və digər hədəfləri raket və dronlarla vurduğunu bildirib.
Tərəflər arasında qarşılıqlı hücumların intensivliyi artıb. İsrail tərəfi Hizbullahın son 24 saat ərzində 22 hücum həyata keçirməsi ilə bağlı iddialara hələlik rəsmi münasibət bildirməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 14 İyun 2026 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















