Icma.az
close
up
RU
Son 25 ilin əməkhaqqı göstəriciləri: Kim daha çox qazanır?

Son 25 ilin əməkhaqqı göstəriciləri: Kim daha çox qazanır?

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə görə, son 25 il ərzində ölkə üzrə orta aylıq əməkhaqqı məbləği yüksək olan fəaliyyət sahəsi mədənçıxarma sənayesi olub. Bu da o deməkdir ki, son 25 il ərzində daim mədənçıxarma sahəsində çalışanlar ən çox gəlir əldə edən şəxslər olublar. SİA xəbər verir ki, rəsmi rəqəmlərə əsasən, 2000-ci ildə ölkə üzrə orta aylıq nominal əməkhaqqı məbləği 44,3 manat təşkil edib. Həmin il fəaliyyət sahələri üzrə ən yüksək əməkhaqqı məbləği 162,9 manat olaraq mədənçıxarma sənayesinə aid olub. İkinci sıranı 126,5 manat ilə maliyyə və sığorta fəaliyyəti tutub.

Son sırada kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqla məşğul olan şəxslər yer alıb. Onların orta aylıq əməkhaqqı məbləği 13,6 manat təşkil edib.

2010-cu ildə ölkədə orta aylıq əməkhaqqı məbləği 331,5 manat təşkil edib. Həmin il də mədənçıxarma sənayesi ilk sıranı tutub. Bu sahə üzrə orta aylıq nominal əməkhaqqı məbləği 1004,7 manat təşkil edib. Son sırada əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi üzrə çalışan şəxslərin orta aylıq nominal əməkhaqqı məbləği yer alıb. Bu məbləğ isə 155,2 manat təşkil edib.

2020-ci ildə ölkə üzrə orta aylıq nominal əməkhaqqı məbləği 707,7 manat təşkil etsə də, mədənçıxarma sənayesi 3 278,6 manat ilə liderliyini qoruya bilib. Son sırada 426,2 manat ilə inzibati və yardımçı xidmətlərin göstərilməsi üzrə fəaliyyət sahəsi yer alıb.

Son hesabat ilində, yəni 2024-cü ildə ölkə üzrə orta aylıq nominal əməkhaqqı məbləği 1009,2 manat təşkil edib. İlk sırada yenə də mədənçıxarma sənayesində çalışan şəxslər yer alıb. Onların orta aylıq nominal əməkhaqqı məbləği 3 564,8 manat təşkil edib. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqla məşğul olan şəxslər 589,6 manat ilə son sırada yer alıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 İyul 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri