Icma.az
close
up
RU
Menu

Süni intellektlə bağlı fətva veriləcək?

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

675 nəfər narkotik asılılığından müalicə alır

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

Hemofiliya xəstələrinin müalicəsində tibb bacılarının rolu artırılır REGIONLARDA SEMİNARLAR

AMB nin BOKT larla bağlı yeni tələbləri maliyyə bazarının sağlamlaşdırılmasına xidmət edir

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

Korporativ sosial məsuliyyət PR strategiyasının güclü alətidir

Birləşməyə hazırlaşan bankda dəyişiklik

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

Şəbnəm Tovuzlu 50 minlik qızıllarını nümayiş edirdi (Video)

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək.

57 yaşlı Ceylodan cazibədar Fotolar

Kim daha çox qazanır? KONKRET

Kim daha çox qazanır? KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Paytaxt Bakıda ortaaylıq əməkhaqqı artıb. Belə ki, bu ilin yanvar-aprel aylarında paytaxtda muzdla işləyənlərin ortaaylıq nominal əməkhaqqı 1 385.9 manat təşkil edib. Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, paytaxtda ortaaylıq əməkhaqqı 2024-cü ilin yanvar-aprel aylarına nisbətdə 8.1 faiz artıb. Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda muzdlu işçilərin ortaaylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9.2 faiz artaraq 1 100.6 manat təşkil edib.

Ortaaylıq əməkhaqqının artımı daha çox hansı sahələrdə hiss olunur? Az maaş olan sahələrdə də ortaaylıq əməkhaqqının artımından sonra artım meylləri müşahidə edilə bilər?

KONKRET.az bununla bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir:

Özəl sektor öndədir

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, ortaaylıq əməkhaqqında olan artım daha çox özəl sektora aid sahələrdə müşahidə edilir: “Bu, birbaşa ölkə üzrə muzdlu işçilərin əməkhaqlarındakı artımlarla bağlıdır. Sosial paketin dərinləşməsi bütövlükdə ölkə üzrə ortaaylıq əməkhaqqı məbləğinə təsir göstərir ki, bu da artımlarla müşahidə olunmaqdadır. Son illərin statistikası göstərir ki, özəl sektorda əməkhaqqı artımı daha yüksəkdir. Bu, neft və maliyyə sektorunda daha çox müşahidə edilir. Nəzərə alaq ki, neft sektorunda hər zaman maaşlar yüksək olaraq qalmaqdadır. Eyni zamanda xidmət sektorunda da əməkhaqqının artırıldığını görürük. İxtisaslı kadrların maaşlarında da son illər xeyli artımlar müşahidə olunur”.

Fərqli illərdə fərqli rəqəmlər

Deputatın qənaətincə, dövlət və özəl sektor arasında da əməkhaqqı artımlarında fərq nəzərə çarpır. Məsələn, 2024-cü ildə dövlət qulluqçularının əməkhaqqı iki faiz artıb. Amma ölkə üzrə ümumi əməkhaqqı 8.1 faiz artıb: “Bu da ondan xəbər verir ki, ölkəmizdə ortaaylıq əməkhaqlarının yüksəlməsində özəl sektorun xüsusi rolu mövcuddur. Təbii ki, dövlət sektorunda da əməkhaqlarının mütəmadi olaraq artdığını müşahidə edirik. Xüsusən də sosial paketlər reallaşan zaman dövlət sektorunda çalışan vətəndaşlarımızın əməkhaqqında daha çox artımlar baş verir. Fərqli illərdə fərqli rəqəmlər mövcuddur. Amma ümumilikdə artıq özəl sektorun, xüsusən də əmək müqavilələrində, həmçinin məşğulluqda idarəçiyə çevrildiyini görürük”.

Kişilər daha çox qazanır

V.Bayramovun fikrincə, kişilər və qadınlar arasında əməkhaqqı fərqi hələ də qalmaqdadır: “Bu gün qadınlar kişilərin əməkhaqqının təxminən altmış faizi həcmində məvacib alırlar. Səbəblərdən biri ağır işlərdə kişilərin fəaliyyət göstərməsidir. Bu kimi fəaliyyətlərdə ağırlıq daha çox kişilərin üzərinə düşdüyündən onların əməkhaqqı qadınlara nisbətən yüksəkdir. Məsələn, neft sektorunu qeyd edə bilərik. Orada daha çox kişilər çalışır. Bu da özü-özlüyündə əməkhaqqı fonduna təsir göstərir. Amma kişilər və qadınlar arasında əməkhaqqı fərqinin azaldılması prioritet olaraq qalmaqdadır”.

Dövlətin müdaxilə imkanı minimumdur

Millət vəkili bildirib ki, beşinci sosial paketin istiqamətlərindən biri minimum əməkhaqqının artırılması idi: “Onun artırılması həm dövlət, həm də özəl sektoru əhatə etdi. Bu da nisbətən az əməkhaqqı alan vətəndaşlar üçün bir stimuldur. Özəl sektor da minimum əməkhaqqı ilə bağlı tələblərə əməl edir. Amma dövlətin özəl sektorla bağlı müəyyənləşdirdiyi meyar sadəcə minimum əməkhaqqıdır. Yəni qanunvericilikdə əməyin minimum dəyəri müəyyən edilir. Minimum əməkhaqqından artıq hansı məbləğdə maaşın təklif olunması birbaşa özəl sektorda işəgötürən və işçi arasında bağlanan müqavilə ilə tənzimlənir”.

“Dövlət sektoru özəl sektordan heç də geriyə qalmır”

Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov isə düşünür ki, artımlar təkcə özəl sektorda deyil, həmçinin dövlət sektorunda da müşahidə edilir: “Maaş artımı daha çox neft-qaz, maliyyə, mühəndislik kimi sahələrdə müşahidə edilir. Dövlət sektoru və özəl sektor arasında maaş artımı baxımından fərqlər bu şəkildədir. Bir neçə il öncə dövlət sektorunda özəl sektora nisbətən maaşlar ciddi şəkildə aşağı idi. Son bir neçə ildə ölkəmizdə bu sahədə islahatlar aparılıb. Həmin islahatların nəticəsidir ki, hazırda dövlət sektorunda da maaşlar özəl sektordan heç də geriyə qalmır”.

N.Xəlilovun sözlərinə görə, maaş artımı zamanı kişilərin üstün tutulub, qadınların daha az əməkhaqqı alması qadağandır: “Sırf cinsə görə maaş artımı ola bilməz. Amma işçilər arasında peşəkarlıq xüsusiyyətləri fərqlidirsə, bu zaman maaşlar fərqli ola bilir”.

“İş saatı çox, maaş isə azdır”

Ekspertin fikrincə, az əməkhaqqı olan sahələrdə də ortaaylıq əməkhaqqının artımından sonra artım müşahidə edilə bilər: “Nəzərə alaq ki, böyük supermarketlər və digər bu kimi iş yerlərində maaş artımları aşağıdır. Kiçik sahibkarlıq subyektlərində çalışanların iş saatları müəyyən qədər çox, əməkhaqları isə azdır. Ümid edək ki, gələcəkdə maaş artımları nə vaxtsa bu sahələrə də ciddi şəkildə təsir göstərəcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 İyul 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see426

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see268

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see259

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see250

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see238

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see237

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see234

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see234

Hemofiliya xəstələrinin müalicəsində tibb bacılarının rolu artırılır REGIONLARDA SEMİNARLAR

14 Sentyabr 2026 12:43see229

AMB nin BOKT larla bağlı yeni tələbləri maliyyə bazarının sağlamlaşdırılmasına xidmət edir

14 Sentyabr 2026 14:04see225

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see225

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see224

Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

14 Sentyabr 2026 14:42see221

Korporativ sosial məsuliyyət PR strategiyasının güclü alətidir

14 Sentyabr 2026 13:34see220

Birləşməyə hazırlaşan bankda dəyişiklik

14 Sentyabr 2026 12:38see219

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see217

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see214

Şəbnəm Tovuzlu 50 minlik qızıllarını nümayiş edirdi (Video)

14 Sentyabr 2026 14:11see212

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək.

14 Sentyabr 2026 13:14see177

57 yaşlı Ceylodan cazibədar Fotolar

14 Sentyabr 2026 16:20see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri