Son 25 ilin ən soyuq 20 yanvarı Hidrometeorologiya Xidməti açıqladı
Icma.az bildirir, Modern.az portalına istinadən.
“Çoxillik meteoroloji müşahidələrin təhlili göstərir ki, qış fəslinin nisbətən sərt keçən dövrü, əsasən, yanvar ayının ikinci yarısına və fevral ayına təsadüf edir. Qeyd olunan iqlim tendensiyası ötən ilin qış mövsümündə də müşahidə olunub”.
Bu barədə Modern.az-a 20 Yanvar ərəfəsində havanın sərt keçməsi ilə bağlı danışan Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Günarə Abbasova deyib.
Gülnarə Abbasova əlavə edib ki, bu dövrdə hava şəraitinin qeyri-sabit xarakter almasının əsas səbəbi qış gündönümündən (21–22 dekabr) təxminən 3–5 həftə sonra torpaq səthinin, Xəzər dənizinin və atmosfer qatlarının maksimum dərəcədə soyumasıdır. Eyni zamanda, şimal istiqamətindən ölkə ərazisinə daxil olan soyuq hava kütlələrinin fəallaşması temperaturun enməsinə və hava şəraitinin dəyişkənliyinə səbəb olur:
“Arktikadan soyuq hava kütlələrinin müdaxiləsi tez-tez baş verdikdə yanvar ayı çox soyuq keçir. Çoxillik meteoroloji müşahidələrə görə, son 25 ildə yanvar ayında havanın orta aylıq temperaturu 21 il iqlim normasında 0.3-2.7° yüksək, 4 il isə havanın orta aylıq temperaturu iqlim normasından 0.5-3.0° aşağı olub (2006, 2008, 2009, 2012)”.
Onun sözlərinə görə, Abşeron yarımadasında son 25 ilin ən soyuq yanvar ayı 2008-ci ildə müşahidə edilib, o zaman ən aşağı temperatur 11 dərəcə şaxta olub.
Ən soyuq 20 yanvar günü isə 2019-cu ildə qeydə alınıb - 2 dərəcə şaxta olub.
2020-2022-ci illərdə 20 yanvar günü sulu qar, qar yağıb. Həmçinin 20 yanvar tarixi üzrə son 10 ilin ən güclü küləyi qeydə alınıb, şimal-qərb küləyininin sürəti 24 m/s-dək güclənib .
"Bir neçə gündür ki, ölkə ərazisidə soyuq, yağıntılı hava şəraiti davam edir. Bu gün yanvarın 20-də havanın bir qədər də sərtləşməsi müşahidə olunur, Bakıda və Abşeron yarımadasında qar yağır", - deyə Gülnarə Abbasova əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 20 Yanvar 2026 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















