Icma.az
close
up
RU
Milli Hidrometeorologiya Xidməti məlumat yaydı

Milli Hidrometeorologiya Xidməti məlumat yaydı

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2024-cü ilin dekabr ayının ötən dövründə ölkə üzrə havanın temperaturu bəzi günlərdə normadan yuxarı, bəzi günlərdə isə normadan aşağı olub. Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 16 gün normadan yuxarı, 1 gün norma daxilində, 6 gün isə normadan aşağı olub.

Milli.Az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

Onun sözlərinə görə, dekabrın ötən dövründə maksimal temperatur dekabrın 18-də qeydə alınıb ki, həmin gün havanın maksimal temperaturu ölkə üzrə Sabirabad rayonunda 17 dərəcə, Bakıda və Abşeron yarımadasında isə 15.9 dərəcə isti olub. Minimal temperatur isə ölkə üzrə dekabrın 15-i Şahdağda 22 dərəcə şaxta, Bakıda və Abşeron yarımadasında isə 2.6 dərəcə şaxta müşahidə olunub.

"Bölgələr üzrə dekabrın ötən dövrü ərzində 13 gün yağıntılı hava şəraiti müşahidə olunub. Ən çox yağıntı aylıq normanın 219 faizi olmaqla Bakı və Abşeron yarımadasına, bölgələr üzrə aylıq normanın 132 faizi olmaqla Mərkəzi Aran zonasına düşüb."

G. Abbasova qeyd edib ki, dekabr ayının ötən dövrünün bəzi günlərində ölkə ərazisinin əksər bölgələrinə sulu qar, qar yağıb. Yağan qar nəticəsində qar örtüyünün maksimal hündürlüyü dağlıq rayonlarda 10-20 sm, Bakı və Abşeron yarımadasında 2 sm olub.

"Dekabr ayının ötən dövrünün bəzi günlərində küləkli hava şəraiti ilə bağlı ölkə üzrə rəng şkalasına uyğun olaraq sarı və narıncı xəbərdarlıqlar verilib. Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə 9 gün küləkli hava şəraiti müşahidə olunub, küləyin maksimal sürəti 34 m/s-dək güclənib."

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 23 Dekabr 2024 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri