Son 5 ildə 419 azərbaycanlı mina qurbanı olub
Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
2020-ci il Vətən müharibəsinin başa çatmasından sonra 419 azərbaycanlı mina qurbanına çevrilib. Onlardan 72-si həlak olub, 347-si isə ağır yaralanıb.
Globalinfo.az xəbər verir ki, bu, XİN-in “X” hesabında ötən gün Xocavənddə baş verən mina hadisəsi ilə bağlı paylaşımında qeyd olunub.
Bildirilib ki, Azərbaycan vətəndaşlarının azad edilmiş torpaqlara təhlükəsiz və davamlı qayıdışını təmin etmək üçün minatəmizləmə işlərinə sadiqdir və beynəlxalq tərəfdaşların səfərbər olunmuş səylərlə dəstək göstərməsini gözləyir.
“Minalar mülki insanların həyatı üçün ciddi təhlükə yaratmağa davam edir və keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışına, həmçinin davam edən yenidənqurma işlərinə mane olur”, – deyə əlavə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 13 Mart 2026 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















