Icma.az
close
up
RU
Otuz dörd ildə 3400 dən çox azərbaycanlı mina qurbanı olub minatəmizləmə prosesindən REPORTAJ

Otuz dörd ildə 3400 dən çox azərbaycanlı mina qurbanı olub minatəmizləmə prosesindən REPORTAJ

Azertag saytına istinadən Icma.az xəbər verir.

Ağdam, 20 may, Tahir Ağaməmmədov, AZƏRTAC

Böyük Qayıdış proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti davam etdirilir. Mina təhlükəsi ilə mübarizə istiqamətində fəaliyyətin gedişatı və ictimaiyyətin bu sahədə məlumatlandırılmasının artırılması məqsədilə azad edilmiş ərazilərə mütəmadi mediaturlar keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, növbəti mediatur Fövqəladə Hallar Nazirliyi və Minatəmizləmə Agentliyi tərəfindən Ağdam rayonuna təşkil edilib.

44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra ərazilərin minalardan və partlamamış hərbi sursatlardan, o cümlədən partlamamış qalıqlardan təmizlənməsi əməliyyatlarına müvafiq qurumlarla yanaşı, bu sahədə təlim keçmiş Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı hərbi hissəsi də cəlb olunub. Əməliyyatlar təyin olunmuş istiqamətlər üzrə kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində, su kanalları boyunca aparılır.

Jurnalistlər əvvəlcə Fövqəladə Hallar Nazirliyi tərəfindən Ağdam rayonunun Mollalar, Kürdlər və Əlimədətli kəndlərinin ərazilərinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi prosesini izləyiblər. FHN-nin əməkdaşı Ələkbər Ələkbərov jurnalistlərə açıqlamasında bildirib ki, minatəmizləmə əməliyyatına cəlb olunmuş şəxsi heyət ən müasir texnika və avadanlıqlarla, o cümlədən xüsusi təyinatlı mexaniki minatəmizləmə maşınları ilə təchiz edilib. Əməkdaşlar bu sahədə beynəlxalq kurslarda iştirak edərək akkreditasiyadan keçiblər.

Təmizləmə əməliyyatları əllə minatəmizləmə, minaaxtaran itlər və xüsusi təyinatlı mexaniki minatəmizləmə maşınları vasitəsilə həyata keçirilir.

Sonra ANAMA tərəfindən Sarıcalı kəndi ərazisində icra edilən minatəmizləmə əməliyyatları ilə tanışlıq olub. ANAMA-nın əməliyyat rəhbəri Xaliq Zülfüqarov jurnalistlərə açıqlamasında deyib ki, Ağdam rayonunun Sarıcalı kəndinin yenidən qurulması ilə bağlı dövlət tapşırığına uyğun olaraq, həmin ərazilər təmizlənib, evlər tikilib və əhali köçürülüb. Hazırda Sarıcalı kəndinin ətrafında təhlükəsizlik üçün əlavə ərazilər təmizlənir. Təmizləmə fəaliyyətinə ANAMA-nın mina axtarma heyəti ilə yanaşı, mexaniki minatəmizləmə vasitələri və xüsusi təlim keçmiş minaaxtaran itlər cəlb olunub.

O bildirib ki, təmizlənmə işi görüləcək ərazi keçmiş təmas xəttinin ərazisidir: “Bura minalarla, partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ərazilərdən biri sayılır. Gün ərzində piyada əleyhinə, tank əleyhinə minalar və həmçinin müxtəlif təyinatlı partlamamış hərbi sursatlar aşkarlanır. Bu gün iş gününün sonunda ərazidə tapılmış minaların partlayış yolu ilə zərərsizləşdirilməsi nümayiş olunacaq.”

Xaliq Zülfüqarov vətəndaşlara çağırış edərək deyib: “Təhlükəli ərazilərdən uzaq durun, şübhəli əşyalara toxunmayın və bu barədə dərhal məlumat verin. Təhlükəli hallarla rastlaşarsınızsa, 805, 102 və ya 112 qaynar xətlərinə zəng edin”.

Sonra tapılmış minalar zərərsizləşdirilib.

Qeyd edək ki, Ağdam rayonunda aparılan minatəmizləmə əməliyyatları nəticəsində 37 min 154 hektar ərazi təmizlənib, 31 min 500 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Ağdam rayonunda Bərdə-Ağdam dəmiryolu, Bərdə-Ağdam avtomobil yolu, Füzuli-Ağdam avtomobil yolu, Ağdam-Hindarx-Ağcabədi avtomobil yolu, Ağdam sənaye parkı ərazisi, əkin sahələri, meyvə bağları, qeyri-filiz mineral-xammal yatağı əraziləri, su kanalları, qaz xətləri və digər infrastruktur layihələrinin mina və müharibənin digər partlayıcı qalıqlarından təmizlənməsi fəaliyyəti icra edilib.

Xatırladaq ki, Azərbaycan dünyada minalarla ən çox çirkləndirilmiş ölkələr sırasındadır. İlkin qiymətləndirmələrə görə, Ermənistan işğal dövründə torpaqlarımıza 1,5 milyon mina basdırılıb. Ermənistan hələ də müxtəlif bəhanələrlə dəqiqləşdirilmiş mina xəritələrini verməkdən boyun qaçırır. Bu isə tez-tez mina hadisələrinin yaşanmasına, nəticədə insan itkilərinə səbəb olur. Minalar və partlamamış hərbi sursatlar azad olunmuş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin öz evlərinə qayıtmasına da maneə törədir.

Bütün bunlara baxmayaraq, Azərbaycan humanitar minatəmizləmə fəaliyyəti kimi çətin prosesi öz resursları hesabına həyata keçirir. Minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə edilməklə Beynəlxalq Minatəmizləmə Standartlarına uyğun icra olunur.

2020-ci il noyabrın 10-dan 2025-ci il mayın 19-dək aparılan minatəmizləmə əməliyyatları nəticəsində işğaldan azad edilmiş 200 min 321 hektar ərazi təmizlənib, ümumilikdə 196 min 56 ədəd mina və partlamamış hərbi sursat (PHS) aşkar edilərək zərərsizləşdirilib. Onlardan 137 min 422 ədədi PHS, 36 min 881 ədədi piyada əleyhinə minalar (PƏM), 21 min 753 ədədi isə tank əleyhinə minalardır (TƏM).

Ermənistanın mina terrorunun statistikası:

- 2020-ci il noyabrın 10-dan 2025-ci il mayın 19-dək 237 mina hadisəsi qeydə alınıb.

- 2020-ci il noyabrın 10-dan 2025-ci il mayın 19-dək 394 nəfər mina qurbanı olub. 394 nəfər mina qurbanlarından ümumilikdə 70 nəfəri həlak olub, 324 nəfəri müxtəlif dərəcəli xəsarət alıb. Mina qurbanlarının 14-ü azyaşlı və gənc, 1-i qadın olmaqla, 210 nəfəri mülki şəxsdir, onlardan 55 nəfər həlak olub, 155 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

- Mina qurbanlarının sırasında xidməti vəzifələrini yerinə yetirərkən mina partlayışı nəticəsində həlak olmuş media nümayəndələri də var.

- 1991-ci ildən bugünədək 3400 nəfərdən çox insan mina qurbanı olub. Onlardan 362 nəfəri azyaşlı və gənc, 38 nəfəri qadınlardır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 May 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri