Son 7 ildə Azərbaycanda ana ölümlərinin sayı 71% artıb İllər üzrə statistika
Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
Azərbaycanda ötən il hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı 29 nəfər olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə mətbuata Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumat üçün bildirək ki, ana ölümü əvvəlki illə müqasyisədə azalsa da, 2009-cu ildən sonra qeydə alınan ən yüksək ikinci göstəricdir.
Onu da bildirək ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ana ölümləri ən aşağı səviyyəyə 2018-ci ildə düşüb. Həmin il ölkədə hamiləlik, doğuş və zahılıq dövründə 17 ana ölüb. 2018-ci illə müqayisədə ötən il ana ölümlərinin sayı 70,6% artıb.
Müqayisə üçün 2018-ci ildən sonra Azərbaycanda qeydə alınan ana ölümlərinin statistikasını təqdim edirik:
2018-ci il – 17;
2019-cu il – 21;
2020-ci il – 20;
2021-ci il – 20;
2022-ci il – 18;
2023-cü il – 33;
2024-cü il – 29.
Murad Məmmədov
Bu mövzuda digər xəbərlər:Azərbaycanda körpə və ana ölümlərinin sayı artıb
20 Noyabr 2024 15:52
Vüqar Qurbanov: Son illər nəinki Azərbaycanda, eləcə də bütün dünyada körpə ölümlərinin sayı artır
23 Dekabr 2024 12:17
Azərbaycanda qeydə alınan körpə ölümlərinin sayı...
18 Avqust 2025 12:29
Son 16 ildə Azərbaycanda pensiya alanların sayı 18% azalıb İllər üzrə siyahı
14 Mart 2025 16:54
Baxış sayı:81
Bu xəbər 02 May 2025 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















