Azərbaycanda körpə ölümlərinin sayı artıb: NİYƏ?
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Son zamanlar cəmiyyətdə narahatlıq yaradan əsas məsələlərdən biri körpə ölümlərinin artmasıdır.
Bir sıra körpələr anadan olandan bir neçə ay sonra ölürlər. Bəzən isə heç doğulmurlar, yəni ana bətnindəki döl tələf olur.
Bugünlərdə Abşeron rayonunda ikigünlük körpə həyatını itirib. Goranboyda isə peyvənd vurulan körpə vəfat edib, eləcə də Zərdabda 5 günlük körpə dünyasını dəyişib.
Məhz statistik göstəricilər də bunu təsdiqləyir.Belə ki, 2025-ci ilin 10 ayında ölkədə 80 802 körpə doğulub, amma 49 846 körpə ölüb.
Ötən ilin eyni dövrü ilə müqayisədə hər 1000 nəfərə düşən doğum göstəricisi 10,1-dən 9,5-ə enib. Bu rəqəmlər körpə sağlığı və doğum göstəricilərində ciddi dəyişikliklərin baş verdiyini göstərir.
Son vaxtlar Azərbaycanda körpə ölümləri niyə artıb?
Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, körpə ölümlərinin artmasının bir sıra səbəblər var:
"Körpə ölümləri dedikdə əsasən 1 yaşa qədər olan uşaqların ölümü nəzərdə tutulur. Hətta bəzi hallarda 18 aya qədər baş verən ölümlər də neonatal və erkən uşaq dövrü ilə bağlı ölümlər kimi qiymətləndirilir.
Uşaq dünyaya gəldikdən sonrakı ilk dövrlərdə hələ tam formalaşma mərhələsində olur və bu səbəbdən həmin dövrdə baş verən ölümləri ümumi şəkildə bir kateqoriyada qiymətləndirmək düzgün hesab olunmur.
Bu səbəbdən körpə ölümləri ayrı-ayrı yaş intervalı üzrə araşdırılmalı və hər bir ölümün birbaşa səbəbi müəyyən edilməlidir. Hər bir hadisə ayrıca təhlil edilməli, daha sonra isə ümumi nəticələr çıxarılmalıdır".
Onun sözlərinə görə, bəzən körpə vaxtında vaksin olunmur və adi bir infeksiyadan həyatını itirə bilir:
"Digər hallarda qidalanmanın yetərli olmaması körpənin sağlamlığına mənfi təsir göstərir və ölümə səbəb ola bilər. Hətta bəzi hallarda körpənin üzüaşağı vəziyyətdə yatması belə boğulma riskini artıraraq faciə ilə nəticələnə bilir.
Bütün bunlar göstərir ki, hər bir körpə ölümü ayrıca araşdırılmalı, səbəblər dəqiq müəyyən edilməlidir. Yalnız bundan sonra həmin səbəblər ümumiləşdirilərək qarşısının alınması üçün tədbirlər görülə bilər".
Həkim qeyd edib ki, körpə ölümlərinə təsir edən mühüm amillərdən biri də hamiləliyin normal keçməməsidir:
"Planlaşdırılmamış hamiləlik, hamilə qadının sağlamlıq problemləri və ya hamiləlik dövründə yaranan əlavə çətinliklər doğuş zamanı və ya doğuşdan sonra uşaq ölümlərinin sayına ciddi təsir göstərə bilər.
Bu gün mövcud olan bütün bu amillər diqqətlə araşdırılmalı, hər biri fərdi şəkildə təhlil edildikdən sonra ümumi nəticə çıxarılmalıdır ki, körpə ölümlərinə səbəb olan faktorlar aradan qaldırılsın".
Gülər Həsənli
"Cebheinfo.az
Açar sözlər: körpə ölümləri Adil Qeybulla
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 07 Mart 2026 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















