Son beş ildə İrəvandan Bakıya həyata keçirilən reyslərin sayı açıqlanıb
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Son beş ildə İrəvandan Bakıya və əks istiqamətdə 66 reys həyata keçirilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi "Sputnik Ermənistan"ın sorğusuna cavabında bildirib.
Belə ki, 2024-cü il dekabrın 11-də məlum olub ki, İrəvandan Bakıya beynəlxalq şirkət tərəfindən sifariş edilmiş çarter reysi həyata keçirilib.
Qurumdan bəyan edilib ki, bu reys ilk deyil.
"Son beş ildə, 2020-ci ildən başlayaraq, İrəvandan Bakıya və əks istiqamətdə beynəlxalq nümayəndə heyətlərinin daşınması üçün 66 dövlət reysi həyata keçirilib", - deyə qurumdan bildirilib.
O da qeyd olunub ki, İrəvan-Bakı-İrəvan marşrutu üzrə təyyarələr iki trayektoriya üzrə uçurlar.
Baxış sayı:86
Bu xəbər 25 Dekabr 2024 10:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















