Icma.az
close
up
RU
SON DƏQİQƏ: Azərbaycanda devalvasiya qərarı VERİLƏ BİLƏR KONKRET

SON DƏQİQƏ: Azərbaycanda devalvasiya qərarı VERİLƏ BİLƏR KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

“Bir neçə ay əvvəl Azərbaycan manatının mümkün devalvasiyası ilə bağlı proqnoz vermişdim. Hazırda ABŞ-ın nüfuzlu reytinq agentlikləri də eyni risklərə diqqət çəkir. Manatın ABŞ dollarına qarşı 1.98 – 2.05 intervalında dəyişə biləcəyi ehtimal olunur. Bu da ondan xəbər verir ki, ölkə iqtisadiyyatı artıq yeni bir qiymətləndirmə mərhələsinə daxil olub”.

Bu fikirləri Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov KONKRET.az-a açıqlamsında səsləndirib.

“Azərbaycan təxminən hər 10 ildən bir monetar siyasətinə yenidən baxmalı olur. Belə vəziyyətlərdə iqtisadi risklərin qarşısını almaq məqsədilə devalvasiya qərarı gündəmə gələ bilər. Hazırda Mərkəzi Bank valyuta bazarına müdaxilə edərək manatın məzənnəsini süni şəkildə sabit saxlayır.

Digər tərəfdən, xarici ticarət balansında ötən ildən etibarən mənfi dinamika müşahidə olunur. Eyni zamanda, Mərkəzi Bankın valyuta ehtiyatlarında da azalma qeydə alınır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması da əlavə valyuta tələbi yaradır. Bu da ölkəyə daxil olan və çıxan valyuta axınları arasında balanssızlığa səbəb olur”.

İqtisadçı qeyd edir ki, neft qiymətləri də proqnozlara təsir göstərən əsas amillərdəndir.

“İyun ayının əvvəlində “Azəri Light” markalı neftin qiymətində müəyyən bahalaşma müşahidə olunsa da, son günlərdə yenidən ucuzlaşma tendensiyası başlayıb. Hazırda qiymət 76 ABŞ dolları civarındadır. Bu səviyyə ölkənin neft gəlirlərində azalma riski yaradır.

Azərbaycan hökumətinin büdcə planlamasında 3 fərqli , optimist, real və neqativ ssenari nəzərdə tutulub. Neft gəlirlərinin azalması neqativ ssenarinin reallaşması ehtimalını artırır. Yadda saxlamaq lazımdır ki, 2015-ci ildə baş verən devalvasiya zamanı neftin qiyməti 20-30 dollar arasında idi. Hazırkı qiymətlər daha yüksək olsa da, iqtisadi şərait fərqlidir və diqqətlə izlənilməlidir”.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://konkret.az
archiveBu xəbər 26 İyun 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see373

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see358

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see317

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see283

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see271

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see231

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see223

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see220

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see218

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see196

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see195

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see187

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see186

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see185

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see180

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see180

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see179

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see170

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri