SON DƏQİQƏ: Bu şəxslər kommunal limitlərdən azad oluna bilər
Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Kommunal xərclərin artımı fonunda sosial həssas qruplar üçün tətbiq olunan limitlərin ləğvi məsələsi yenidən gündəmə gəlib. Maraqlıdır, sosial həssas qruplar üçün kommunal limitlərin ləğvi mümkün ola bilərmi?
Mövzu ilə bağlı kommunal xidmətlər üzrə ekspert Nüsrət Qasımov KONKRET.az-a açıqlamasında bildirib ki, bu qərarın verilməsi birbaşa Prezidentin səlahiyyətinə daxildir:
“Bu məsələ Prezidentin səlahiyyətindədir. Əvvəlcədən nəsə demək mümkün deyil. Ola bilər ki, amnistiya kimi, sosial həssas qruplara kommunal xidmətlərdə də güzəştlər tətbiq olunsun. Yenə də qeyd edirəm, bu Prezidentin qərarından asılıdır. Ola da, olmaya da bilər”.
Ekspertin sözlərinə görə, belə bir addım atılacağı təqdirdə, sosial həssas təbəqələrin kommunal xərclərinin azalmasına və onların maddi yükünün yüngülləşdirilməsinə xidmət edə bilər.
Hazırda isə məsələ ilə bağlı rəsmi qərar və ya konkret mexanizm açıqlanmayıb.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 29 Dekabr 2025 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur








Günün ən çox oxunanları



















