SON DƏQİQƏ ! Nil Monze bıçaqlandı Çıxışına görə KONKRET
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Nil Monze kimi tanınan Nərmin Mürsəlli bıçaqlanıb – vəziyyəti ağırdır
KONKRET.az xəbər verir ki, sosial şəbəkələrdə Nil Monze kimi tanınan Nərmin Mürsəlli bıçaqlanıb. Məlumatı onun rəfiqəsi Aygün Sarılı yayıb.Aygün Sarılının bildirdiyinə görə, naməlum şəxs evə müştəri qismində daxil olub. O, Nərmin Mürsəllini jurnalist Mehman Hüseynov barədə danışdığı üçün ittiham edib. Tərəflər arasında mübahisə yaranıb və əlbəyaxa dava baş verib.
İddialara görə, həmin şəxs üzərində gətirdiyi bıçaqla ona hücum edib.Məlumata əsasən, hücum edən şəxs əvvəlcə Nərmin Mürsəllinin baş nahiyəsinə zərbə endirməyə cəhd göstərib. Zərərçəkən müqavimət göstərərək qışqırıb və qonşuları köməyə çağırıb. Bundan sonra naməlum şəxs ona qarın nahiyəsindən iki bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb.Nərmin Mürsəlli qonşuların köməkliyi ilə xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Yaxınlarının sözlərinə görə, vəziyyəti ağır olaraq qiymətləndirilir.Xatırladaq ki, Nərmin Mürsəlli əvvəllər NİDA Vətəndaş Hərəkatı-nın üzvü olub və bir müddət həbs həyatı yaşayıb.
Daha sonra Türkiyəyə köçərək cinsiyyətini dəyişib. O, çıxışlarında həbsinə görə jurnalistlər Xədicə İsmayılova və Mehman Hüseynovu günahlandırdığını bildirmişdi.\\AzTimes.az
Faktla bağlı Gürcüstan hüquq-mühafizə orqanlarının araşdırma aparıb-aparmadığı barədə hələlik rəsmi məlumat yoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:1060
Bu xəbər 27 Fevral 2026 00:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















