Icma.az
close
up
RU
SON DƏQİQƏ! Paşinyan istefa verdi

SON DƏQİQƏ! Paşinyan istefa verdi

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistanda Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət səlahiyyətlərini rəsmən dayandırıb. Qərar ölkədə yeni seçilmiş parlamentin ilk iclasının keçirilməsi ilə əlaqədar qəbul edilib.

Bakıvaxtı.az xəbər verir ki, məlumata görə, hökumətin istefası ilə bağlı fərmanı Ermənistan Prezidenti Vaaqn Xaçaturyan imzalayıb. Bununla Nazirlər Kabineti yeni hökumət formalaşdırılanadək fəaliyyətini müvəqqəti olaraq davam etdirəcək.

Nikol Paşinyan bundan əvvəl keçirdiyi hökumət iclasında bunun Nazirlər Kabinetinin son toplantısı olduğunu bildirmiş və yeni parlament fəaliyyətə başladıqdan sonra hökumətin istefa verəcəyini açıqlamışdı.

İyunun 7-də keçirilən parlament seçkilərində Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası səslərin 49,74 faizini toplayaraq parlamentdə çoxluğu təmin edib. Seçkilərin nəticələrinə əsasən, partiya yeni hökuməti formalaşdırmaq hüququ qazanıb.

Ermənistan qanunvericiliyinə uyğun olaraq, yeni parlament fəaliyyətə başladıqdan sonra əvvəlki hökumət istefa verir. Bundan sonra parlament çoxluğunun namizədi baş nazir postuna irəli sürülür və yeni hökumətin tərkibi formalaşdırılır.

Siyasi müşahidəçilərin fikrincə, parlamentdə çoxluğa malik olan Vətəndaş Müqaviləsi Partiyasının dəstəyi ilə Nikol Paşinyanın yenidən baş nazir seçilməsi gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 02 Avqust 2026 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see304

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi VİDEO

17 Sentyabr 2026 18:50see271

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see251

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see243

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see230

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see230

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see222

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see220

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see213

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see213

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see212

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see210

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see205

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see199

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see199

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see197

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see185

Qıdıqlama hansı hallarda təhlükəlidir? Həkim AÇIQLADI

18 Sentyabr 2026 08:42see185

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see182

Antibiotiklərin özbaşına qəbulu ciddi fəsadlara səbəb ola bilər PULMONOLOQ

18 Sentyabr 2026 12:46see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri