SON DƏQİQƏ! Polşa Rusiyanın kəşfiyyat təyyarəsini ƏLƏ KEÇİRDİ
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Polşa Hərbi Hava Qüvvələrinin qırıcıları Baltik dənizi üzərində beynəlxalq hava məkanında uçan Rusiya kəşfiyyat təyyarəsini ələ keçiriblər.
Bizim.Media xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı məlumat yayıb.
“Polşa qırıcıları beynəlxalq hava məkanında kəşfiyyat missiyası yerinə yetirən İL-20 tipli təyyarəni ələ keçirib. Təyyarənin uçuş planı olmayıb və transponderi söndürülüb. Rusiya təyyarəsi Polşa hava məkanını pozmayıb”, - məlumatda bildirilib.
Ordunun əməliyyat komandanlığının sözçüsü Yaçek Qorişevski (Jacek Goryszewski) TVN24 telekanalına açıqlamasında qeyd edib ki, bu hadisə Polşanın hava məkanının toxunulmazlığını qorumaqda “ayıq və qətiyyətli” olduğunu göstərir.
Qeyd edək ki, sentyabr ayında üç Rusiya hərbi təyyarəsinin Estoniyanın hava məkanını pozması və Polşanya dron hücumlarından sonra NATO-nun şərq cinahındakı ölkələr yüksək hərbi hazırlıq vəziyyətindədirlər.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 29 Oktyabr 2025 13:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















