Polşa döyüş təyyarələri Baltik dənizi üzərində Rusiyanın kəşfiyyat təyyarəsini ələ keçirib
Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Polşa döyüş təyyarələrinin Baltik dənizi üzərində Rusiyanın kəşfiyyat təyyarəsini ələ keçirdiyi açıqlanıb.
Xalqcebhesi.az xəbər verir ki, Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığından verilən açıqlamada, kəşfiyyat missiyasını yerinə yetirən Rusiyaya məxsus “İl-20” tipli təyyarənin oktyabrın 28-də uçuş planı elan etmədən və transponderi söndürülərək beynəlxalq hava məkanında uçuş həyata keçirdiyi bildirilib.
Təyyarənin Polşa hava məkanını pozmadığı vurğulanan açıqlamada, "Polşa Hərbi Hava Qüvvələrinə aid iki MiQ-29 döyüş təyyarəsi Baltik dənizi üzərində uçan Rusiya təyyarəsini müvəffəqiyyətlə ələ keçirib, onu vizual olaraq müəyyən edib və məsuliyyət zonasını tərk edənə qədər müşayiət edib".
Bəyanatda yüksək döyüş hazırlığı, pilotların peşəkarlığı və hava hücumundan müdafiə sisteminin effektiv işləməsi sayəsində əməliyyatın tez, effektiv və təhlükəsiz şəkildə həyata keçirildiyi vurğulanıb.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 29 Oktyabr 2025 16:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















