SON DƏQİQƏ! Telegram da azyaşlılara aid görüntüləri satan şəxslər SAXLANILDI VİDEO
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Kiberpolis "telegram"da azyaşlılara aid pornoqrafik məzmunlu videolar satan şəxsləri saxlayıb.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları "teleqram" sosial şəbəkəsində fəaliyyət göstərən anonim kanallarda azyaşlılara məxsus pornoqrafik məzmunlu videomaterialların yayılması və onlayn yolla satılması hallarına qarşı əməliyyatlar keçirib. Tədbir zamanı həmin kanalların adminləri - şərti adları Arif Muradov və Fərid Süleymanov olan iki nəfər kiberpolis tərəfindən saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, saxlanılanlar "telegram" sosial şəbəkəsində kanallar yaradaraq, həmin profillərdə azyaşlıların iştirakı ilə çəkilmiş videomaterialların paylaşılmasını və onlayn satışını həyata keçiriblər.
Saxlanılan şəxslər pornoqrafik videoları satarkən müxtəlif insanların adına olan bank kartlarından istifadə ediblər. Onlar kartlarda toplanan pul vəsaitlərini sonradan nağdlaşdırıblar. Aşkar olunan faktlarla bağlı araşdırmalar davam etdirilir.
Bir daha sosial şəbəkə istifadəçilərinin nəzərinə çatdırırıq ki, azyaşlıların iştirakı ilə qeydə alınan və cəmiyyətdə mövcud olan etik-davranış qaydalarına zidd hərəkətləri özündə əks etdirən videogörüntülərin yayımı və satışı cinayət məsuliyyəti yaradır.
Bu məzmunlu videoların yayımı və satışına qarşı əməliyyat-texniki tədbirlər davam etdirilir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 13 Noyabr 2025 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















