SON DƏQİQƏ! İrana uçan təyyarə İstanbulda SAXLANILDI
Icma.az, Moderator.az saytına istinadən bildirir.
İranın "Caspian Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsi böyük maliyyə borcu səbəbindən İstanbul Hava Limanında uçuşdan dərhal əvvəl saxlanılıb.
Moderator.az xəbər verir ki, aviadaşıyıcının yerüstü xidmətlər və nəzarət üzrə fəaliyyət göstərən Türkiyənin "ACM Temsil Gözetim" (ACM Air Charter) şirkətinə təxminən 3 milyon avro borcu yaranıb.
Məbləğin ödənilməməsi səbəbindən kreditor məhkəməyə müraciət edib.
Məhkəmə xidmət göstərən şirkətin lehinə qərar çıxararaq, məcburi icra çərçivəsində hava gəmisinin saxlanılması barədə qətnamə qəbul edib.
EP-KPB qeydiyyat nömrəli "Boeing 737-524" tipli təyyarə uçuşöncəsi hazırlığı tamamlayıb, sərnişinlər göyərtəyə qəbul edilib və təyyarə İrana yola düşməyə hazır vəziyyətə gətirilib.
Ancaq son anda göyərtəyə gələn məhkəmə icraçıları və polis əməkdaşları müvafiq qərarı təqdim ediblər.
Nəticədə hava gəmisinin uçuşu bloklanıb, sərnişinlər isə baqajları ilə birlikdə təyyarədən endirilərək reyslərin gözləmə terminalına qaytarılıb. /Musavat.com/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 29 Sentyabr 2026 09:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















