Icma.az
close
up
RU
Son dəyişiklik mənzillərin qiymətini ucuzlaşdıracaq? AÇIQLAMA

Son dəyişiklik mənzillərin qiymətini ucuzlaşdıracaq? AÇIQLAMA

Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Vergi Məcəlləsinə” edilən son dəyişikliklərdən biri də tikinti ilə məşğul olan sahibkarların vergi yükünün azalması ilə bağlıdır. Artıq bina tikintisi sahəsində gəlirlərin və gəlirdən çıxılan xərclərin vergitutma məqsədləri üçün dəqiq təsbit edilməsi mexanizmi müəyyənləşib.Yeni qaydalara əsasən, tikintisi həyata keçirilən hər bir bina üzrə çəkilən xərclər bina üzrə ümumi qiymətləndirilən xərclərlə müqayisə edilir və faktiki çəkilən xərcin ümumi xərclərdə xüsusi çəkisi müəyyənləşdirilir. Bu zaman həmin binadan təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrinin satış dəyəri qeyd edilən qaydada müəyyən edilən həcm nisbətində vergi tutulan gəlirlərə və faktiki çəkilən xərclər isə gəlirdən çıxılan xərclərə aid edilir.

Maraqlıdır, sözügedən qaydalar yeni tikililərdə mənzillərin qiymətlərinə təsir edəcəkmi?

Bununla bağlı Sfera.az-a açıqlama verən iqtisadçı deputat Vüqar Bayramov deyib ki, yeni dəyişlik inşaat şirkətlərinin mənfəət vergisi üzrə yükünün azalmasına imkan verəcək:

“Belə ki, gəlirlərə satılan mənzilin müqavilə üzrə tam dəyəri deyil, faktiki göstəricilər daxil ediləcək. Bir nümunəyə nəzərə salaq: mənzilin qiyməti 150 min manatdırsa, işin yerinə yetirilmə həcmi isə 90 min manat olubsa, o zaman 90 min manat gəlir bəyan ediləcək. Yəni bəyan edilən gəlir əvvəllər olduğu kimi 150 min manat deyil, 90 min manat olacaq. Ayındır ki, gəlir nə qədər çox olursa, ödənilən vergi məbləği də o qədər artır. Həmin bəyan edilən gəlirdən faktiki xərc bütövlükdə çıxılacaq. Bu isə inşaat şirkətinin mənfəət üzrə vergi yükünün azalmasına və onun sərəncamında daha çox vəsaitin qalmasına imkan verəcək”.

V.Bayramov bildirdi ki, yeni dəyişilik xüsusən də inşası tam başa çatmayan mənzillər üzrə vergi yükünün və vergi ödənişlərinin azalmasına gətirib çıxaracaq:

“Bununla yanaşı, inşa edilən binalarda tikintisi başa çatmamış mənzillərdə də qiymətin azalmasına və eləcə də həmin mənzillərin daha optimal qiymətə təklif edilməsinə imkan yarada bilər. Çünki əvvəlki illərdən fərqli olaraq artıq bu ildən faktiki yerinə yetirilən iş nəzərə alınmaqla vergi hesablanacaq”.

Günay Rəsulqızı 
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://sfera.az
archiveBu xəbər 10 Yanvar 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see577

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see531

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see442

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see393

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see300

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see275

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see262

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see242

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see239

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see236

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see234

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see219

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see211

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see210

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see209

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see209

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see203

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see202

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri