Son dövrlər dünya ordularında xüsusi təyinatlıların rolu artıb ŞƏRH EDİLDİ
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Son dövrlər dünya ordularında xüsusi təyinatlıların rolu artıb. Müasir dünyada ordu quruculuğunda bir neçə istiqamət ümumiyyətlə öndədir: hava qüvvələri, quru qoşunlarında xüsusi təyinatlılar, müassir artilleriya qüvvələri, dəqiq hədəfləri vuran pilotsuz uçuş aparatları bunlar hamısı çox önəmlidir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.
Onun sözlərinə görə, ölkələr bu istiqamətdə olan ordu növlərinə xüsusi önəm verirlər. Azərbaycanda da bu istiqamətə həmişə xüsusi önəm verilib. Məhz 1999-cu ildə Ulu Öndərin birbaşa rəhbərliyi və tapşırığı ilə yaradılmış Silahlı Qüvvələrin xüsusi təyinatlı növü Azərbaycanda da xüsusi önəm daşıyır. Cənab Prezident İlham Əliyev də bu istiqamətə həmişə xüsusi diqqət və qayğı göstərib. İndi də bu açılan mərkəz, xüsusi təyinatlıların təlimi baxımından çox önəmlidir. Həm böyük bir baza olacaq, hərbi baza, həm də təlim mərkəzi olacaq. Daha doğrusu, xaricdən gələnlər də orada təlimlər keçə biləcəklər. Azərbaycanın birgə təlimləri, əsasən qardaş Türkiyə və Pakistanla keçirilir. Eyni zamanda xüsusi təyinatlıların hazırlanması, müxtəlif relyeflərdə: dağ, meşə relyeflərində hazırlanması üçün də çox gözəl şərait var. Həm də mənəvi baxımdan önəmlidir ki, o yerlərin azad edilməsində xüsusi təyinatlıların böyük rolu olub. Qarabağda o dilbər guşələrdə hərbi hissələrin açılmasının həm psixoloji, həm mənəvi baxımdan da əhəmiyyəti böyükdür. Strateji baxımdan da rolu həddindən artıq böyükdür".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 14 Yanvar 2026 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















