Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Nicat Kazımov oğluna toy etdi Video

Nəcibənin toyudur Fotolar

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Mərhum Xalq artistinin yaxın qohumu imiş

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

“Son dövrlər həftəlik ərzaq üçün kredit götürənlər var”

“Son dövrlər həftəlik ərzaq üçün kredit götürənlər var”

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın bank sektorunda problemli istehlak kreditlərinin həcmi sentyabrın 1-nə 310,2 milyon manat təşkil edib. 

Bu seqmentdə son bir ayda azalma qeydə alınsa da, illik perspektivdə kəskin artım davam edir. Mərkəzi Bankın statistikasına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 56,7 milyon manat və ya 22,4% artım deməkdir. Belə ki, ötən ilin sentyabrın 1-nə vaxtı keçmiş istehlak kreditlərinin həcmi 253,5 milyon manat idi. 

Portfelin digər dövrlər üzrə dinamikası da diqqət çəkir. Ötən ilin sonuna (246,3 mln. manat) nəzərən problemli kreditlər 63,9 milyon manat (26%) artıb. Lakin son bir ayda (avqusta nəzərən) portfeldə 1,4 milyon manat (0,4%) azalma baş verib. 

Xatırladaq ki, problemli istehlak kreditləri portfeli ötən ilin eyni dövründə 253,5 milyon manat, ötən ilin sonunda 246,3 milyon manat, bu ilin avqustun 1-də isə 311,6 milyon manat idi. 

Hazırda istehlak kreditləri üçün müraciət edən vətəndaşların sayı kifayət qədərdir. Bunun artma səbəblərini isə mütəxəssislər müxtəlif amillərlə izah edirlər.

Burada əsas amil gəlirlərin azlığı, yoxsa vətəndaşların ehtiyac olmadan “yenilik” etmək marağından irəli gəlir? 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Razi Abbasbəyli “Cebheinfo.az”-a bildirib ki, istehlak kreditlərinin artmasının müxtəlif səbəbləri var: 

“Belə ki, burada həm vətəndaşların gəlirlərinin azalması, inflyasiyanın yüksəlməsi, vətəndaşın istehlak ehtiyaclarını qarşılya bilməməsi nəticə etibarilə kredit müraciətlərinin sayını artırıb. Kredit müraciətlərinin sayının artması ilə yanaşı, eyni zamanda ölkədə kredit portfeli də böyüyür. Təxminən 2 dəfəyə yaxın artım müşahidə olunur. 

Ölkədə bütövlükdə kredit portfeli genişləndiyinə görə təbii olaraq problemli kreditlərin də həcmində artım baş verir. Banklar hazırda kreditləşmə istiqamətində daha çox addımlar atırlar. Çalışırlar ki, daha çox kredit verə bilsinlər. Vətəndaşların da ehtiyaclarının artması nəticə etibarilə də kredit portfelinin böyüməsinə gətirib çıxarıb. Bir sıra istiqamətlər üzrə kreditləşmə faizləri də aşağı düşmür. 

Vətəndaş gəlirlərinin də əvvəlki dövrlərlə müqayisədə artmaması, inflyasiyaya uyğun olmaması, nəticə etibarilə də kredit ödənişlərini çətinləşdirir. Yəni vətəndaş gəliri artmadığı halda inflyasiya yükü altında əzilir, kreditləri qaytara bilmir. Bununla da problemli kreditlərin həcmi böyüməyə başlayır. İndiki vəziyyət defolt sayılmır”. 

Ekspert deyib ki, ancaq bu artım sürətlə davam edərsə, yaxın 1-2 ildə Azərbaycanda ciddi şəkildə problemli kreditlər böhranı yaşanacaq: 

“Gəlir vergisinin ləğv olunacağı dəqiq məlum deyil. Əgər yanvarın 1-dən gəlir vergisi tətbiq olunmağa başlayacaqsa, sahibkarlar məcburi ixtisarlara getməli olacaqlar. Burada əsas məsələ əsasən də kredit öhdəliyi olan vətəndaşların çətinliklərinin yaranmasıdır ki, bu da bank sektorunda problemli kreditlərin portfelinin böyüməsinə gətirib çıxarır”. 

Ekspertin sözlərinə görə, bəzi mental faktorlar da var: 

“Bəzən insanlar ehtiyac olmadığı təqdirdə kreditə baş vururlar. Məsələn, yeni model telefon, yeni model avtomobil, zəruri ehtiyac olmadığı halda hansısa bir əşya almaq bizdə mental problemdir. Ancaq mən deməzdim ki, bu, böyük bir faiz təşkil edir. Az bir faizdir. 

Vətəndaşların böyük əksəriyyəti ciddi ehtiyacları olduğu üçün kredir götürürlər. Əgər vətəndaşların gəlirləri onun istəklərinə uyğun olsaydı, o zaman kredit müraciətləri çox aşağı düşərdi. Biz kredit götürülmə məcburiyyətini əsasən səhiyyə sahəsində görürük. 

Həmçinin təhsil xərclərini ödəyə bilməyən şəxslər daha çox kredit üçün müraciət edirlər. Hətta son dövrlər aylıq, eləcə də həftəlik ərzaq ehtiyatlarını qarşılamaq üçün vətəndaşlar bəzən kredit götürmək məcburiyyətində qalırlar”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: kredit ərzaq Razi Abbasbəyli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Oktyabr 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see517

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see335

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see287

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see214

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see197

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see157

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

19 Noyabr 2025 13:22see156

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see149

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see147

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see140

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see140

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see138

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see136

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see132

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see132

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see130

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see128

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see128

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see128

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri