Icma.az
close
up
RU
Bankdan kredit kartı götürənlər üçün VACİB XƏBƏR Bundan sonra…

Bankdan kredit kartı götürənlər üçün VACİB XƏBƏR Bundan sonra…

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Mərkəzi Bank bir müddət əvvəl əhalinin kreditləşməsində risklərin azaldılması və maliyyə dayanıqlığının qorunması məqsədilə kredit limitlərinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edib.

BAKU.WS-in məlumatına görə, yeni qaydalar kommersiya banklarının və kredit təşkilatlarının vətəndaşlara təqdim etdiyi borc məbləğlərinə təsir göstərməklə yanaşı, həm də kredit götürənlərin ödəmə qabiliyyətinin daha dəqiq qiymətləndirilməsini nəzərdə tutur.

Bu addımın əsas məqsədi sürətlə artan istehlak kreditlərinin yaratdığı risklərin qarşısını almaq, həm bank sektorunun sabitliyini qorumaq, həm də vətəndaşların həddindən artıq borclanmasının qarşısını almaqdır.

Ekspertlər hesab edirlər ki, yeni məhdudiyyətlər qısamüddətli dövrdə kredit götürmək istəyənlər üçün müəyyən çətinliklər yaratsa da, uzunmüddətli perspektivdə həm əhali, həm də maliyyə sektorunun sağlamlığını qoruyacaq.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov BAKU.WS-ə açıqlamasında bildirib ki, Mərkəzi Bankın bu istiqamətdə atdığı addımı aşqışlayıb:

"İstehlak kreditləri vətəndaşlarımızın gəlirinə uyğun müəyyənləşirdi və bank gəliri nəzərə almaqla bu krediti ayırırdı. Məhduddiyyət əvvəlki dövrlərdə də tətbiq olunurdu.

Vətəndaş kredit kartı götürür, ona kredit xətti açılır və ay ərzində ona 10 min manatlıq xərcləmək imkanı yaradılır. Ona təklif olunur ki, bu məbləği növbəti ay qaytarsa, faiz ödənilməyəcək və ya cüzi bir rəqəm əlavə ödəyəcək. Amma bir ay keçdikdən sonra bu borcu qaytara bilmirsə və ya bir hissəsini qaytara bilmirsə, kifayət qədər böyük faizlər hesablanırdı. Hətta borclarda yubanmalar olan zaman gündəlik faiz ciddi rəqəmlə ifadə olunurdu.

Ona görə də, Mərkəzi Bankın bu istiqamətdə atdığı addımı biz alqışlayırıq, təqdirəlayiq hesab edirik. Çünki bu addım imkan verəcək ki, artıq bank vətəndaşın gəliri nəzərə alınmaqla həmin kredit xəttini atsın. Bu kredit xəttinin açılması da imkan verəcək ki, vətəndaş öz gəlirinə uyğun xərcləyə bilsin. Yəni xərcləyib sonradan onu qaytara bilsin. Sözsüz vətəndaş bankdan pul götürürsə, bunu geri qaytarmalıdır. Çünki bankın da digər öhdəliyi var. Amma bank da maraqlı olmalıdır ki, vətəndaşa cərimə yazmasın. Vətəndaş elə bir limiti aşmalıdır ki, onu sonradan qaytara bilsin".

Orxan Hüseyn

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://baku.ws
archiveBu xəbər 29 Sentyabr 2025 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see357

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see213

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see212

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see194

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see187

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see182

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see176

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see171

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see148

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see143

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see142

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see139

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see136

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see136

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see135

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see134

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see130

“Heç kimin tanımadığı bu gəncləri Azərbaycan futboluna qazandırmaq böyük fədakarlıqdır“

04 Yanvar 2026 22:01see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri