Icma.az
close
up
RU
Son günlər daha çox yayılan kəskin boğaz ağrısının SƏBƏBİ BU İMİŞ EKSPERT AÇIQLADI

Son günlər daha çox yayılan kəskin boğaz ağrısının SƏBƏBİ BU İMİŞ EKSPERT AÇIQLADI

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Payız-qış mövsümündə daha çox yuxarı tənəffüs yollarının, eləcə də xroniki xəstəliklərin kəskinləşməsi baş verir. Xüsusilə də burun, boğaz, qulaq və tənəffüs yolu xəstəliklərinə xas olan kəskinləşmələr qeydə alınır. Bu hala, əsasən, azyaşlılar arasında sıx rast gəlinir. 

Mövzu ilə bağlı Tibb üzrə fəlsəfə doktoru Ramin Qasımov Moderator.az-a danışdı. Bildirdi ki, boğaz ağrısı ən geniş yayılmış problemlərdən biridir:

 "Böyük Britaniyada həkimə müraciət edən hər üç pasiyentdən biri məhz boğaz ağrısından şikayətlənir. Kəskin boğaz ağrısının əsas səbəbi virus və ya bakterial infeksiyadır. İnfeksiya çox vaxt ümumi əlamətlərlə müşayiət olunur: yüksək hərarət, zökəm, halsızlıq, iştahasızlıq və s. Amma bəzən boğaz ağrısı xəstəliyin yeganə əlaməti olur. Boğaz ağrısının müalicəsinə dair saysız-hesabsız məsləhətlər var, onların bir qismi, sözsüz ki, faydalıdır, amma bəziləri əhəmiyyətsiz, hətta ziyanlıdır.

Boğaz ağrısı yalnız antibiotiklərlə müalicə edilir! 

Doğrudur, həkim gənzikdə bakterial infeksiyası aşkar edibsə, müalicə antibiotiklərlə aparılır. Amma boğaz infeksiyalarının 70%-dən çoxu virus mənşəlidir. Bu halda antibiotiklər faydasızdır. Əsassız antibiotik istifadəsi bu preparatlara qarşı həssaslığını itirən bakteriyaların sayını artırır.

Boğaz ağrısını qarqara ilə müalicə etmək mümkündür.

Sözsüz ki, qarqara xeyirli proseduradır. İsti ot cövhərlərindən, xüsusi qarqara məhlullarından, hazır duzlu məhlullardan istifadə etmək olar. Amma qarqara yalnız tez-tez istifadə olunarkən (demək olar ki, hər saat!) və infeksiya çox dərinə nüfuz etmədikdə təsir edir. Udlağın arxa divarının və badamcıqların iltihabı qarqaradan azalmır. 

Sovurma həblərinə gəldikdə, onların tərkibindəki aktiv təsir maddələri tüpürcəklə boğazın ən çətin sahələrinə çatır. Bu halda maksimal dərəcədə təsirli, həm infeksiyanı məhv edən, həm də boğaz ağrısını azaldan preparatı seçmək lazımdır.

Boğaz ağrısını müalicə etmək üçün isti və qaynar içki içmək lazımdır. 

Hər bir yoluxucu xəstəlikdə olduğu kimi, kəskin boğaz ağrısında da çoxlu maye içmək vacibdir. Amma çox isti içkilər onsuz da iltihablaşmış selikli qişanı yandırır, ağrı törədir. Odur ki, boğaz ağrıyanda yemək də, içki də qaynar yox, ilıq olmalıdır! 

Müxtəlif müalicə üsullarından istifadə edin: çoxlu ilıq içki, bəzən soyuq yeməklər və sovurma həbləri.

Boğaz ağrımasın deyə, badamcıqları kəsmək lazımdır. 

Qəribə də olsa, uzun zaman bu mövqe rəsmi tibb tərəfindən də dəstəklənirdi. Əslində, badamcıqlar immun sisteminin vacib hissəsidir və boğazı infeksiyalardan qoruyur və yalnız o zaman ləğv edilə bilər ki, streptokok tonzillitin kəskinləşmə tezliyi çox yüksəkdir. Onların kəsilməsi yoluxma hallarının sayını azaltsa da, onlardan tam və həmişəlik azad etməyəcək.

Boğaz ağrısından azad olmaq üçün araq kompreslərindən istifadə edin .Bu, hələ antibiotiklərin, spreylərin, sovurma həblərin olmadığı zamanların məsləhətidir. Araq kompresləri iltihablaşmış sahələri isidir, amma bu həmişə fayda vermir. Bəzən istinin təsirindən iltihab prosesi yayılır və ağırlaşır.

Kəskin boğaz ağrısı pasientlərin həkim və ya farmasevtə müraciət etdikləri ən çox şikayətlərdən biridir. Amma boğazı ağrıyan insanların əksəriyyəti tibbi yardım almaq üçün müraciət etmirlər. 

Yuxarı tənəffüs orqanlarının xəstəlikləri ən çox yayılmış kəskin infeksion xəstəliklərə aiddir.

Yuxarı tənəffüs yollarının infekisyası boğaz (faringit), qırtlaq (laringit) və qırtlaq qapağının (epiqlotit) iltihabına gətirə bilər. 

Kəskin boğaz ağrısı adətən özünü məhdudlaşdıran faringit, tonzillit və laringit kimi təsvir olunur. Böyüklər: ildə 2–5 dəfə, məktəblilər: ildə 7–10 dəfə boğaz ağrısından şikayət edirlər.

Müasir dövrdə boğaz ağrısının müalicəsi üzrə preparatlar ağrı simptomlarının yüngülləşdirilməsinə və onların səbəblərinin aradan qaldırılmasına yönəldilmişdir: 

– infeksiyanın yayılma ehtimalının azaldılması üçün antiseptik/dezinfektant ; 

– Ağrının və müşayiət edən iltihabın yüngülləşdirilməsi üçün yerli anestetik və ya ağrıkəsici və iltihabəleyhinə vasitə; 

– Boğaz ağrısının kompleks müalicəsi üçün yuxarıda qeyd edilən vasitələrin müxtəlif variantları da təklif edilir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Noyabr 2024 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see321

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see321

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see306

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see271

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see266

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see264

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see263

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see255

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see245

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see245

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see236

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see228

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see227

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see225

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see222

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see221

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see221

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see220

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see217

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri