Icma.az
close
up
RU
Son günlər yayılan virus nədir?

Son günlər yayılan virus nədir?

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, Çində yeni təhlükəli virus -  insan metapnevmovirusu (HMPV) sürətlə yayılır. COVID-19 pandemiyasından beş il sonra ortaya çıxan virusun qripəbənzər simptomlarının yarandığı, adətən yuxarı tənəffüs sisteminə, bəzən də aşağı tənəffüs yolu infeksiyalarına səbəb olduğu bildirilir. 

Artıq Çindən sonra Qazaxıstanda və Qırğızıstanda da  HMPV-yə yoluxma faktları qeydə alınıb. Qonşu ölkələr yeni təhlükə ilə bağlı həyəcan təbili çalırlar. 

“Qafqazinfo”nun məlumatına görə, hələ ki, sözügedən virusa Azərbaycanda yoluxma halının qeydə alınması ilə bağlı rəsmi məlumat yoxdur.

Ölkənin Səhiyyə Nazirliyi bu il də hər il olduğu kimi, payız-qış mövsümündə rast gəlinən infeksion xəstəliklər, kəskin respirator virus infeksiyaları olduğunu açıqlayıb. Bura qriplə yanaşı, bir neçə növ respirator viruslar daxildir. Qeyd olunur ki, havaların soyuması ilə əlaqədar bu və ya digər viruslar müəyyən qədər artaraq xəstələnmə halları yaradır. Həmin viruslar bütün il boyu mövcud olsa da, soyuq aylarda onların yayılması sürətlənir.

Nazirliyin məlumatında o da qeyd olunur ki, hansısa infeksiyalarda müəyyən dövrlərdə müvəqqəti artım ola bilər: “Lakin bir müddət sonra həmin infeksiya sönür və yerini başqa respirator virus infeksiyasına verir. Hazırda bu gün ölkədə ümumi epidemioloji durum olduqca qənaətbəxşdir”.

Lakin müşahidələr və sosial şəbəkələrdə qripəbənzər virusa yoluxma ilə bağlı məlumatların çoxluğu əhali arasında epidemioloji durumun heç də ürəkaçan olmadığı qənaətini yaradır. Belə ki, həm uşaqlar, həm də böyüklər arasında qripəbənzər virusun yayıldığı və onun ənənəvi qripdən fərqləndiyi qeyd olunur. İddia olunur ki, müalicəyə tabe olmayan bu xəstəliyin əsas əlaməti günlərdir davam edən qızdırma və öskürəkdir. Bəzən qızdırma bir həftəyədək davam edir, şiddətli boğaz və baş ağrıları, ağır öskürəklə müşayiət olunur. 

Bəs əhalinin əziyyət çəkdiyi virus nədir? Ondan necə qorunmaq olar?

İnfeksionist Vüqar Cavadzadə saytımıza açıqlamasında son günlər əhali arasında yayılan xəstəliyi qışda artan kəskin respirator infeksiyalarla əlaqələndirir: “Bizdə yayılan virusun insan metapnevmovirusu (HMPV) olub-olmadığını Səhiyyə Nazirliyi açıqlaya bilər. Lakin mən düşünürəm ki, bu hər il qışda yayılan kəskin respirator infeksiyalarla bağlıdır.  Əslində metapnevmovirus digər kəskin respirator infeksiyalarla eyni kliniki əlamətlərə malikdir. Adi qripin özünün müxtəlif serotipləri mövcuddur, onu törədən çox sayda viruslar var”.

Bu yayılan virusun ənənəvi qripdən fərqlənməsinə gəlincə isə, V. Cavadzadə bunu fərdin şəxsi əlamətləri ilə əlaqələndirib: “Hər şəxsdə fərqli əlamətlər qeydə alına bilər. Bu, müxtəlif amillərlə, o cümlədən, həmin insanın xroniki xəstəliyinin olub-olmaması ilə bağlıdır. Hansı şəsdə xroniki xəstəliklər mövcuddursa, bu xəstəlik uzun müddət davam edə bilər”. 

İnfeksionist hava-damcı yolu ilə keçən infeksiyalardan qorunmaq üçün maskadan istifadə etməyi, qapalı məkanlardan uzaq durmağı məsləhət görür. Həkimin sözlərinə görə, bütün gigiyenik qaydalara əməl olunmalı, çoxlu maye qəbulu, bol vitaminli qidalar vacibdir. Həmçinin xəstəliyə yoluxmuş şəxsin təcrid olunması da virusun yayılmasının qarşısını ala bilər. 

Gülnar Əliyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 Yanvar 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see411

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see305

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see230

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see229

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see224

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see223

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see219

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see208

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see208

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see202

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see196

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see193

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see189

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see189

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see181

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see180

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see175

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see171

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see165

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri