Icma.az
close
up
RU
Azərbaycanda son günlər yayılan virus nədir? Rəsmi

Azərbaycanda son günlər yayılan virus nədir? Rəsmi

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Son günlər ölkədə halsızlıq, öskürək, qızdırma və boğaz ağrısı kimi simptomlarla müşahidə olunan respirator infeksiyaların sayı artıb. Hər il qış aylarında rast gəlinən mövsümi qrip dalğası bu dəfə daha güclü yayılma ilə müşahidə olunur. Lakin paralel olaraq qonşu İranda “honkonq virusu”nun sürətlə yayıldığına dair xəbərlər ictimai narahatlığı artırıb.

Bəs ölkədəki yoluxmalar adi mövsümi xəstəlikdir, yoxsa yeni virusdur?

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib ki,qripin də daxil olduğu kəskin respirator virus infeksiyaları fəsillilik xarakterlidir:

 “Payız-qış mövsümündə əhali arasında bu infeksiyalara yoluxma hallarında müəyyən artımlar müşahidə edilir. Bu il də istisna deyil. Aparılan epidemioloji tədqiqatlar bunu deməyə əsas verir. Bütün KRVİ-ı demək olar ki, eyni klinik əlamətlərlə seyr edilir və bunları yalnız simptomlar görə fərqləndirmək mümkün deyil. Buna ehtiyac da yoxdur, xüsusi hallarda spesifik laborator müayinələr aparıla bilər. Qeyd edək ki, hələ yay aylarında ÜST tərəfindən növbəti epidemik dövr üçün müxtəlif ərazilərdə hansı qrip virusu ştamlarının yayılacağı proqnozlaşdırılır və bu proqnoza əsasən qripin profilaktikası kimi istifadə olunan peyvəndlərin tərkibinə daxil ediləcək qrip ştamları müəyyənləşdirilir. Bildiyiniz kimi, Səhiyyə Nazirliyi artıq bir neçə ildir ki, bu cür peyvəndləri ölkəyə gətirərək əhalinin müraciətləri əsasında qripə qarşı peyvəndin aparılmasına  nail olur”.

İnfeksionist  qeyd edib ki, məhz hazırda ölkəmizdə istifadə olunan bu ilki peyvənd eyni zamanda  “honkonq qripi”ndən də qoruyuculuğa səbəb olacaq müvafiq ştama malikdir:

 ““honkonq qripi” adi fəsli qripdən yoluxma sürətinin bir qədər yüksək olması və həssas, yəni risk qrupuna daxil olan insanlarda daha ağır və fəsadlı gedişi ilə fərqlənir. İnfeksiyanın idarə olunması, müalicəsi və profilaktikasında digər qrip ştamları ilə müqayisədə heç bir fərq yoxdur.

KRV infeksiyasının qarşısının alınmasının qeyri-spesifik tədbirlərinə  aşağıdakılar daxildir:

Ümumi gigiyena tədbirləri:

1. Əllərin tez-tez və ən azı 20 saniyə sabun və su ilə yaxşıca yuyulması. (bu, bütün ailə üzvlərinə, xüsusən öskürmədən, asqırdıqdan sonra və ya körpələrlə təmasdan əvvəl aiddir).

2. Tənəffüs yollarının gigiyenasına riayət edilməsi: öskürərkən və asqırarkən ağzı və burnu əllərlə deyil, birdəfəlik salfet və ya dirsəklə bağlanması.

3. Xəstə insanlarla yaxın təmasdan çəkinmək.

4. Tez-tez istifadə olunan əşyaların və səthlərin (qapı tutacaqları, oyuncaqlar) müntəzəm təmizlənməsi.

5. Kəskin respirator virus infeksiyası epidemiyaları dövründə insanların böyük izdihamından yayınmaq.

6. Xəstə insanlar (xüsusilə uşaqlar) mümkünsə evdə qalmalı və risk qrupuna aid insanlarla (körpələr, yaşlılar) təmasdan çəkinməlidirlər.

7. Körpələr üçün ana südü ilə qidalanmanın davam etdirilməsi, çünki ana südü qoruyucu faktorları ehtiva edir”.

Mehin Mehmanqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Dekabr 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see446

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see444

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see332

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see296

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see285

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see279

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see275

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see273

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see229

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see199

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see197

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see185

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri