Icma.az
close
up
RU
Son günlərin “əzraili” QAZ SIZMASI Partlayışların qarşısı necə alınmalı?

Son günlərin “əzraili” QAZ SIZMASI Partlayışların qarşısı necə alınmalı?

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yayda dəniz, qışda isə dəm qazı, qaz sızması insanların qorxulu yuxuna çevrilib. Qazdan istifadə edilən fəsillər gələndə, gündə heç olmasa, bir nəfərin dəm qazından zəhərlənməsi xəbərlərini alırıq.

Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd Lent.az-ın sorğusuna bildirildi ki, 2025-ci ilin on bir  ayı ərzində dəm qazından zəhərlənmə səbəbilə klinikanın Toksikologiya şöbəsinə 46 nəfər qəbul edilib.

“Zəhərlənən şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib. Həkimlərin səylərinə baxmayaraq 1 nəfərin həyatını xilas etmək mümkün olmayıb”.

Bəs görəsən, qış fəslinə hazırlıq, qaz borularının istsmara yararlı olub-olmaması, eləcə də qaz sızmalarının qarşısının alınması üçün hansısa tərbirlər görülür?

“Azəriqaz” İstehsalat Birliyinin Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi (SƏTƏƏMM) şöbəsinin rəisi Lent.az-a açıqlamasında bildirdi ki, qurum tərəfindən mütəmadi olaraq, qaz kəmərlərinə və qurğularına baxış keçirilir:

“Respublikada qüvvədə olan qanunvericilik tələblərinə və qaz təsərrüfatının texniki təhlükəsizlik qaydalarına əsasən, “Azəriqaz” İB-nin istifadəsində olan bütün yeraltı və yerüstü qaz kəmərlərinə dövrü baxış keçirilməsi təmin olunur. Yeraltı qaz kəmərlərinə qaz təsərrafatında kəmərlərin istismar müddətindən asılı olaraq dövrü baxışlar təyin olunur, həmçinin yerüstü qaz kəmərlərinə 3 ayda 1 dəfədən az olmayaraq, baxışların keçirilir. Dövrü baxışlar xüsusi cihazlar (qaz analizatorları) vassitəsi ilə həyata keçirilir. Qaz sızması aşkar olunduqda, onun dərhal aradan qaldırılması təmin olunur.

 Qüvvədə olan digər qanunvericilik aktlarına əsasən,  məznillərdə və obyektlərdə müayinələrin keçirilməsi zamanı qaz analizatorları vasitəsi ilə qaz kəmərlərinə baxış keçirilir. Mənzil daxilində sızma aşkar olunduqda, qaz təminatı dərhal dayandırılır və aradan qaldırılması üçün aidiyyatı üzrə tapşırıqlar verilir. Qaz sızmasının yaranmaması üçün dövrü baxışların keçirilməsi mütəmadi olaraq yerlərdə “Azəriqaz”ın mütəxəssisləri tərəfindən yoxlamalar aparılır. Nəticələr müzakirələr edilir və aidiyyatı üzrə tapşırıqlar verilir”.

İlkin Behbudov qeyd edib ki, dəm qazının yaranma səbəbi istehlakçıların qazdan istifadə qaydalarına düzgün əməl etməməsindən qaynaqlanır:

“Dəm qazının yaranma səbəbi əsasən mənzillərdə və digər obyektlərdə istehlakçılar tərəfindən qazdan istifadə qaydalarının pozulması və yaxud onlara ümumiyyətlə əməl olunmamasıdır. Dəm qazının yaranmaması üçün ilk növbədə qaz qurğularının yerləşdirildiyi məkana tüstü bacarları düzgün quraşdırılmalıdır. Qadağan olunan yerlərdə, qanunsuz qaz qurğularının istifadəsinə yol verilməməlidir. Qazdan istifadə qaydalarına əsasən, qurğular quraşdırılan otaqlarda metala, həmçinin dəm qazına həssas detektorlar quraşdırılmalıdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://lent.az
archiveBu xəbər 02 Dekabr 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri