Icma.az
close
up
RU
Son nəfəsdə “Vətən” dedi... FOTO

Son nəfəsdə “Vətən” dedi... FOTO

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Şəhid Ümid Qasımzadə yaşasaydı, ömrünün 25-ci ilini yola salardı

Ümid İlqar oğlu Qasımzadə İkinci Qarabağ müharibəsində Vətənin yaşaması naminə sinəsini ona sipər edəndə ömrünün 19-cu ilini yaşayırdı. Cəlilabad rayonu, Göytəpə şəhərində dünyaya göz açan Ümid yaşının bu az ilində yazdığı şanlı tarix ilə bütöv bir xalqın qəhrəmanlıq simvoluna çevrilərək milyonların ürəyinə köçübdür. Dövlət tərəfindən də odlu-alovlu müharibədə göstərdiyi fədakarlığa, mərdliyə yüksək qiymət verilib. Ölümündən sonra “Döyüşdə fərqlənməyə görə”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medallarla təltif edilib.

Qarabağımızın xilaskar oğlu Ümid özünü dərk edəndən doğma Azərbaycana, dövlətinə və xalqına ürəkdən bağlanıb. Səmimiyyəti, yüksək əxlaqı, insanpərvərliyi onun Vətənə layiqli övlad olmasından xəbər verib. 2020-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Vüqar Mürsəlov adına Göytəpə şəhər 1saylı tam orta məktəbi bitirəndə, eləcə cəmiyyətdə yaxşı idmançı kimi də ad qoymuşdu. Belə ki, o, məktəbdə oxuduğu zaman idmanın ağır atletika növünə maraq göstərib, Cəlilabad rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən UGİM-də məşq edib. Cəlilabadlı atletin uğurlarına gəldikdə isə müxtəlif vaxtlarda Respublika və beynəlxalq səviyyəli yarışların iştirakçısı və mükafatçısı olub. Belə ki, gənclər arasında Azərbaycan çempionatında 2019 və 2020-ci illərdə gümüş medallarla pərəstişkarlarını sevindirib.

Bir qayda olaraq haqsızlığa, ədalətsizliyə qarşı olan Ümid erməni dığaların Qarabağımızın işğalına heç cür döz bilməyib. Elə ordu sıralarına da düşməndən qisas almaq məqsədilə gedib. Xidmət zamanı fəallığı, nizam-intizam ilə seçilib. Təmiz ürəkli, vicdanlı, qeyrətli gənc komandirlərin verdiyi tapşırıqları vaxtında, dəqiq yerinə yetirib, Vətənini göz-bəbəyi kimi qorumaqla uğrunda canını, qanını belə fəda etməyə hər an hazır olub.

Ümid Qasımzadə həqiqi hərbi xidmətdə olanda Vətən müharibəsi başlanıb. İgid əsgər ilk gündən ölüm-dirim savaşına qatılıb. Vətən, torpaq sevgisindən güc alan Ümid döyüşdən –döyüşə dığalara ciddi itkilər verib. Həm də mərdliyi, qəhrəmanlığı onunla çiyin-çiyinə döyüşən əsgərlərdə qələbəyə inam yaradıb. Oktyabrın 13-də Füzulinin azadlığı uğrunda tarix yazan Ümid özü də qəfil atılan yağı gülləsinə tuş gəlib. Son nəfəsdə də “Vətən” deyib şəhadətə qovuşub.

Bəli, Azərbaycan və dünya hərb tarixinə qızıl hərflərlə yazılan 44 gülük haqq savaşımızda Ümid kimi igidlərin qanı bahasına Qarabağımız 30 ildən sonra azad olundu, mənliyimiz və kimliyimiz bütün millətlərə bilindi...

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Aprel 2026 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri