Icma.az
close
up
RU
Vətən sevgisi FOTO

Vətən sevgisi FOTO

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

44 günlük haqq savaşımızda Vətənin müqəddəsliyinə tapınıb şəhidlik yolunu seçən qəhrəmanlardan bir də 19 noyabr 1977-ci ildə Sabirabad rayonunun Nərimankənd kəndində dünyaya göz açan Mətləb Məhəmməd oğlu Cəfərovdur. Yurd sevgisi ilə boya-başa çatan polad biləkli igid 30 il yağıya əsir düşən Qarabağımızın azadlığı uğrunda son damla qanına qədər döyüşüb, 43 yaşında adını tarixə yazıb. Şərəfli ölümü ilə milyonların ürəyində özünə abidə ucaldan şəhid Mətləb Cəfərovun ömür yolunu Azərbaycan xalqı örnək saymaqla onunla qürur duyur. O, ucaldığı əlçatmaz, ünyetməz göylərin parlaq ulduz kimi yolumuza işıq saçmaqla bərabər, həm də deyir:” Vətən torpağı namusdur, onu qorumalı, sevməli, eləcə məqamı gələndə onun yolunda ölməyi bacarmaq lazımdır.”
Şanlı zəfərimizin müəlliflərdən biri olan Mətləb Cəfərov 9-cu sinfə qədər doğma kənd məktəbinə gedib. Nümunəvi davranış və yaxşı oxumaqla məktəbdə hamı ona hörmət göstərib. İki il isə paytaxt Bakıda liseydə təhsil alıb. Doğma yurdunu qəlbən sevən Mətləb xalqına daha gərəkli övlad olmaq məqsədilə ali təhsil də alıb.
Yağının ölkəmizə qarşı etdiyi işğalçı siyasəti ilə heç barışmayan Mətləb Vətənin müdafiəsinə qalxıb. Ordu sıralarına qatılaraq məqamı gələndə fədakarlıq, mərdlik nümunəsini göstərib. Qana susamış erməni dığalarını qanda boğmaq onun əsas arzusu, amalı olub. Böyük komandirlərin verdiyi tapşırıqları məsuliyyətlə yerinə yetirib, hərbi sirlərini mükəmməl öyrənməkdən ötrü vacib təlimlər zamanı bütün sınaqlardan uğurla keçib. Həmişə də tabeliyində olan əsgərlərə bildirib ki, Vətənin hər qarışı gözəldir. Qeyrətli oğul öz yurdunu düşmən verməz.
Mətləb Cəfərov xidməti başa vurub baş leytenant rütbəsində ehtiyata buraxılıb. Qəlbində Vətən, torpaq sevgisi, düşməndən alacağı öcü gözləyib.
Sentyabrın 27-si səhəri Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı səbəbindən Vətən müharibəsi başlanıb. Azərbaycanın qəhrəman oğulları otuz ilə yaxın məkrlı düşmənə əsir düşən əzəli yurd yerimiz olan Qarabağın azadlığı uğrunda döyüşlərə atılıblar. Mətləb Cəfərov da onların sırasında yer alıb. Müharibənin ağır və qorxulu mühiti ona adi hal kimi görünüb. Ən qaynar nöqtələrdə döyüşməklə düşmənə sarsıdıcı zərbələr endirib, onun xeyli canlı qüvvəsini, texnikasını məhv edib. Azad olunan Vətən torpaqlarında üçrəngli, müqəddəs bayrağımız ucaldıqca Mətləb dığalara qarşı daha da qəddar olub. Füzuli-Cəbrayıl istiqamətində gedən ağır, qeyri-bərabər döyüşdə yüksək rəşadət, şücaət nümayiş edib. Qarabağımızın hər qarış torpağının azadlığı üçün erməni dığalarına qan qusdurub, ürəyincə qisas ala-ala qələbəyə doğru addımlayıb. Uzun bir ölüm-dirim döyüş yolu keçən baş leytenant Mətləb Cəfərov noyabr ayının 2-si Qubadlıda düşmən gülləsinə tuş gəlib. Ağır yaralanan Sabirabadın qəhrəman oğlu 18 gün koma vəziyyətdə qalıb. Həkimlərin bütün səyinə baxmayaraq, noyabrın 20-si, yəni doğum günündən bir gün sonra şəhidlik zirvəsinə ucalıb. Vətənpərvərliyin ən ali məqamına yetişib ölümsüzlüyə qovuşan Mətləb Cəfərov dövlət tərəfindən “Vətən uğrunda”, Füzulinin, Şuşanın azadlığına görə medallara layiq görülüb.
Mətləb Cəfərov Vətən, torpaq yolunda öz canından keçməklə əsrlərə sığmayan ləyaqətli, şərəfli bir ömür qazandı. O, cismən aramızda olmasa da, onun əziz xatirəsi həmişə xalq tərəfindən uca tutulur.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Noyabr 2026 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see372

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see356

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see346

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see321

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see309

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see306

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see281

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see276

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see269

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see264

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see248

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see242

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see242

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see240

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see236

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see234

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see229

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see227

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see218

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri