Icma.az
close
up
RU
Son yağışlar əkin sahələrinə ciddi ziyan vurub

Son yağışlar əkin sahələrinə ciddi ziyan vurub

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Aqrar Sığorta Fonduna fermerlərdən 93 müraciət daxil olub

Son zamanlar ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti və güclü yağışlar kənd təsərrüfatına ciddi təsir göstərir. İntensiv yağışlar nəticəsində yaranan sel və subasma hadisələrindən zərər çəkən əkin sahələri ilə bağlı fermerlərin Aqrar Sığorta Fonduna ünvanladıqları müraciətlərin sayı artmaqdadır.

Güclü yağışların başladığı 27 mart 2026-cı il tarixindən 9 aprel tarixinədək olan dövrdə Aqrar Sığorta Fonduna müxtəlif hadisələr üzrə, ümumilikdə, 601 sığorta müqaviləsini əhatə edən 93 müraciət daxil olub. Bu müraciətlər müxtəlif bitkilərin əkildiyi 6 min 541 hektar sahəni əhatə edir.

Fonddan verilən məlumata əsasən, ən çox müraciət Quba-Xaçmaz regionundan daxil olub. Xüsusilə Xaçmaz və Şabran rayonlarından çoxsaylı müraciətlər qeydə alınıb. Həmin müraciətlər 5 min 700 hektar sahəni əhatə edir. Ötən müddətdə Dağlıq Şirvan regionu üzrə 381 hektar, Mərkəzi Aran regionu üzrə 213 hektar, Gəncə-Daşkəsən regionu üzrə 154 hektar, Qarabağ regionu üzrə 56 hektar, Şirvan-Salyan regionu üzrə 24 hektar, Abşeron-Xızı regionu üzrə isə 12 hektar sahədə baş verən sığorta hadisəsi ilə bağlı müraciətlər daxil olub.

Müraciətlərin böyük hissəsi 6 min 256 hektar sahə üzrə sel və subasma hadisələri ilə bağlı olub. Bundan əlavə, 223 hektar sahə üzrə müraciətlər üçüncü şəxslərin hərəkətləri, 53 hektar üzrə fırtına-qasırğa, 5 hektar üzrə vəhşi heyvan hücumları, 3,46 hektar üzrə isə dolu hadisələri ilə bağlı olub.

Aqrar Sığorta Fonduna daxil olan bütün müraciətlər qeydə alınıb. Hadisələrin araşdırılması və ilkin qiymətləndirilmənin aparılması üçün ərazilərə müstəqil aqrar sığorta ekspertləri göndərilib. Yağış və sel-subasma hallarının davam etməsi səbəbindən bəzi ərazilər üzrə təkrar müraciətlər də daxil olmaqdadır. Müraciətlərdə bildirilir ki, ilkin zərər qiymətləndirilməsi aparılmış bəzi sahələrdə hadisələr yenidən baş verib və həmin ərazilərə təkrar ekspertlər göndərilir.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Aprel 2026 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see294

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see290

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see280

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see267

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see260

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see256

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see243

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see231

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see224

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see217

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see212

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see212

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see211

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see208

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see203

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see194

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see194

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see183

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see178

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri