Icma.az
close
up
RU
Son zamanlar infarkt hallarının artmasının səbəbi nədir?

Son zamanlar infarkt hallarının artmasının səbəbi nədir?

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Uzun müddətdir cəmiyyətdə infarktdan ölüm hallarının artması diqqət çəkir və cəmiyyət üçün ciddi xəbərdarlıqdır. Qadın və kişi xəstələrdə ürək-damar xəstəlikləri əsas ölüm səbəblərindən biridir”.
Bunu kardioloq Şəhanə Ələsgər Demokrat.az-a açıqlamasında deyib. 
O bildirib ki, xüsusilə infarkt riski 40 yaşdan yuxarı şəxslərdə daha yüksəkdir:
“Stress, sürətli həyat ritmi, fiziki gərginlik və toy, idman kimi kütləvi tədbirlər zamanı qəfil ürək yükünün artması infarkt riskini yüksəldir. Xüsusilə kişi cinsində bu hallar daha çox müşahidə olunur, çünki kişilər genetik və hormonal səbəblərlə daha erkən yaşlarda koronar arter xəstəliklərinə meyillidirlər. Həyat tərzi faktorları da var.  Siqaret, yüksək xolesterin, piylənmə və fizioloji fəaliyyətsizlik də riski artırır. Toy və digər əyləncə tədbirləri zamanı alkoqol və artıq fiziki aktivlik qan təzyiqini yüksəldir və ürəyə ani yük yaradır. Bu halların artmasının səbəbi həm də erkən simptomların düzgün qiymətləndirilməməsi və tibbi yardımın gecikməsidir. İnsanlar göynəmə, təzyiq, nəfəs darlığı kimi əlamətləri ciddiyə almır. Düzgün həyat tərzi balanslı qidalanma, fiziki fəaliyyət, stressin idarəsi və mütəmadi tibbi müayinələr infarkt riskini azaldır. İnfarktdan ölüm halları artmaqdadır, lakin profilaktik tədbirlər və erkən müdaxilə ilə risk əhəmiyyətli dərəcədə azaldıla bilər. İnsanların əlamətləri diqqətlə izləməsi və tibbi yardım üçün gecikməməsi həyati əhəmiyyət kəsb edir”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 Dekabr 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri